Əlaqə Arxiv
news Image
2019.09.17
13:40
| A A A
Milli Məclisin komitə sədri internetə nəzarət mexanizminin yaradılmasını təklif edir

"Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə - internet var. İnternetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır”. 

Movqe.az xəbər verir ki, bunun Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, intenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar: “Digər tərəfdən onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Sizin Reklam Yeriniz