Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.