Əlaqə Arxiv
news Image
2019.09.21
07:00
| A A A
Putindən Paşinyana tərs sillə
Nəzakət Məmmədova: “Rusiya belə jestlərilə Paşinyanı çətin duruma salaraq xalqı ayağa qaldırıb, onun hakimiyyətdən uzaqlaşdıracaq”

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

Qeyd edək ki, oktyabrın əvvəlində İrəvanda Avrasiya İqtisadi ittifaqının toplantısı olmalıdır. Putinin Ermənistana səfəri də məhz bu toplantıda iştirakla bağlıdır. Ermənistanın "168 jam” saytı yazır ki, V.Putin orada cəmi bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə qayıdacaq. 

O da qeyd olunur ki, Rusiya prezidenti hətta rəsmi şam yeməyinə belə qatılmayacaq. Ardınca məlumat verilir ki, Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Putin Paşinyanla görüşdən imtina edib. Buna səbəb nədir və belə vəziyyət Ermənistan üçün nə vəd edir? 

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Rusiya prezidentinin Paşinyanla görüşdən imtinası onunla məsafə saxlamaq niyyətindən qaynaqlanır: “Rusiya prezidenti Putinin öz audensiyasında Ermənistanın baş naziri Paşinyana yer ayırmaması təbii ki, şimal ölkəsi liderinin işğalçı ölkə rəhbərilə məsafə saxlamaq niyyətinin göstəricisidir. ABŞ prezidenti Donald Tramp da xatırlayırsınızsa, öz audensiyasında Paşinyana yer ayırmamışdı. Belə ki, Paşinyan Nyu-Yorka səfəri zamanə Trampla görüşmək isətəs də buna nail olmadı. İndi Rusiya lideri də Paşinyanla anoloji tərzdə davranır. Bu isə Putinin Paşinyana məsafəli münasibətinin göstəricisidir. Bunu da Putin Paşinyanın antirusiya mövqeyində dayanmasına, Moskvaya sadiq adamlarını həbs etməsinə görə edir. Yəni Paşinyanın Rusiyanın Ermənsitandakı maraqlarını görməzdən gəlmək cəhdi Putini ona münasibətdə belə davranmağa vadar edib”.

Politoloq qeyd etdi ki, Putinin dəst-xəttini təhlil edəndə onun protokol üzrə digər ölkələrin dövlət rəhbərlərinə də özünün soyuq münasibətini göstərdiyinin dəfələrlə şahidi olublar: “Məsələn, protokolda yer ayırmır, seçilənləri təbrik etmir. Neçə ki, keçən ilin dekabrında Paşinyanın partiyası parlamentdə qalib gəlsə də, Putin təbrik teleqramı göndərmədi. Yalnız sonradan Paşinyan baş nazir seçiləndə təbrik etdi. Putin həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə, Sank-Peterburq samitində, habelə Paşinyanın Moskvaya səfəri zamanı da ona soyuq münasibət sərgilədi. Moskvaya səfəri zamanı Putin Paşinyanı bir neçə saat gözləməyə məcbut etdi.

Dəfələrlə olub ki, Paşinyan Putinlə telefonla danışmaq istəsə də, Rusiya prezidenti ona cavab verməyib. Bu da onu göstərir ki, Paşinyan balanslı siyasət yürütməyə çalışsa da, bu, onda alınmır.  Digər MDB ölkə başçıları da Paşinyana münasibətdə bu cür davranır. Paşinyan çalışır ki, Ermənistanda Rusiya təsirini azaltsın, digər güc mərkəzlərinin buradakı marağını həyata keçirsin. Bunlar özü də onlar arasındakı münasibətin aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfində də əminəm ki, anoloji addımlar atılır.

Bu yaxınlarda Rusiyanın elmi jurnallarında Ermənistandakı qızıl mədənlərinin ekologiyaya ziyan vurması məsələsi qaldırılıb. Hansı ki, həmin mədəni istiasmar edən İngiltərəyə məxsus şirkətdir. Nəticədə Rusiya Ermənistanın ekoloji təşkilatları və əhalini Paşinyana qarşı qaldırmağa nail oldu. Proses ondan xəbər verir ki, aysberqin görünən və görünməyən üzündə Moskvanın Ermənistana yönəlik təzyiqləri davam edəcək. Putinin Paşinyana qarşı antipatiyası ortalıqdadır. Bir dövlətin başçısı başqa ölkəyə gəlib həmin dövlətin liderinin təkbətək görüş xahişini rədd edirsə, bunlar Rusiyanın diplomatiya tarixində az-az rast gəlinən hadisələrdən biridir. Bu mənada Paşinyana da anoloji münasibət sərgiləməkdə Putin fikrimcə haqlıdır”.

N. Məmmədova düşünür ki, Putinin həmin jesti Ermənistan və şəxsən Paşinyanı ağır duruma salacaq: “Belə vəziyyət onu deməyə əsas verir ki, Paşinyana qarşı Kremlin davamlı, məqsədyönlü təzyiqləri daha da artacaq. Paşinyanın ölkəsində Moskvanın təsir dairəsini zəiflətmək istiqamətindəki cəhdləri uğursuzluğa məhkumdur.

Belədə Rusiya bir çox məsələlər ətrafında Paşinyanı çətin duruma salaraq xalqı ayağa qaldırıb, onun hakimiyyətdən uzaqlaşdırılmasına nail olacaq. Yəni Kreml daha çox çalışır ki, Paşinyan hansı vasitə ilə hakimiyyətə gəlibsə, elə həmin vasitə ilə də onun iqtidardan getməsinə nail olsun.  Onu elə xalqın əli ilə yola salacaqlar.    Rusiyanın bu sahədə böyük təcrübəsi var. Paşinyan isə Rusiya üçün çox zəif bir füqurdur. İstənilən an onu xalqın əli ilə iqtidardan sala bilərlər».

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz