Əlaqə Arxiv
news Image
2019.10.09
15:46
| A A A
Öz uşaqlarını xaricdə yaşadan Əli Kərimli başqalarının övladlarını təxribata sürükləyir - BAXCP-nin sədr müavini

Milli Şuranın Bakıda piket adı ilə keçirdiyi yığıncaq xüsusi planlaşdırılmış təxribat idi.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli və Milli Şura deyilən qurum 50 nəfərlik piket adı ilə paytaxtda xaos yaratmağa cəhd etdilər: "Onların keçirdiyi razılaşdırılmış piket deyildi. Buna piket demək olmaz. Bu, Əli Kərimlinin hazırladığı konkret təxribat idi. Onlar bunu məqsədli şəkildə planlaşdırmışdılar ki, Bakının mərkəzində təxribat, qarşıdurma yaratsınlar. Əli Kərimli və onun ətrafı inanmırdı ki, Bakı Şəhər İcra Hakimiyyəti onlara şəhərin mərkəzində piket keçirməyə icazə verəcək. Onlar elə zənn edirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib rədd cavabı alacaqlar və bundan yararlanaraq hakimiyyətə qarşı şüarlar səsləndirəcəklər. İcra hakimiyyəti onların müraciətinə əsasən, 50 nəfərdən ibarət piketin keçirilməsinə icazə verdi. Bundan sonra isə əllərrində əsas qalmadığından, onlar bu üsulla təxribat törətmək qərarına gəldilər. Əli Kərimlinin adamları 50 nəfərlik piket əvəzinə 10-10, 15-15 toplaşaraq ayrı ayrı küçələrdə qanunazidd hərəkətlər etməyə, əhalinin rahatlığını pozaraq özlərinə diqqət cəlb etməyə və ən əsası təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata çəkməyə cəhd etdilər. Küçədə qanunları pozsalar da, obyektlərə ziyan vurmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları bu işdə soyuqqanlı davrandılar, onlara reaksiya vermədilər, təxribatlara uymadılar. Nəticədə, Əli Kərimlinin növbəti təxribat cəhdi fiaskoya uğradı".

Partiya funksioneri qeyd edib ki, Əli Kərimli və Milli Şura onların bu təxribatına cavab veriləcəyini və qarşıdurma yaranacağını düşünürdülər: "Təbii ki, Əli Kərimli bunu düşünülmüş və sifarişlə edir. Xaricdən aldığı dəstəklə onlar belə təxribatları yaradıb sonradan həmin sifarişçilərə təqdim edərək Azərbaycanda gərgin vəziyyət olduğunu göstərmək istəyirlər. Amma istəkləri bu dəfə də baş tutmadı. Əli Kərimlinin 3 övladı var, 3-ü də xaricdə yaşayır, hətta biri hərbi xidmətdən yayınıb, fərarilik edir. Öz uşaqlarını xaricdə yaşadan Əli Kərimli başqalarının övladlarını öyrədərək təxribata sürükləyir".

Sizin Reklam Yeriniz