Əlaqə Arxiv
news Image
2019.10.09
22:54
| A A A
Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI
ABŞ Prezidenti Donald Trampın "Bizə və vergi ödəyicilərinə yük olurlar" dediyi İŞİD-çilərin videosu ortaya çıxıb. Teleqraf.com xəbər verir ki, Londonda nəşr edilən "The Times" qəzeti Suriyadakı həbsxanada saxlanılan 5 min İŞİD-çi haqqında informasiya toplayıb və ilk dəfə olaraq onların görüntüsünü yayıb. 5 min İŞİD-çinin saxlanıldığı həbsxanada məhkumların sayının həddən artıq çox olduğu diqqəti çəkir. Bu həbsxananın Suriyanın şimalında olduğu bəlli olub. Xəbərdə qeyd edilir ki, məğlubiyyətə uğrayan və həbs edilən İŞİD üzvləri yalnız bir həbsxanada saxlanılır. Burada Almaniya, Fransa, Belçika və ABŞ vətəndaşları olan şəxslər İŞİD liderinin çağırışı ilə Suriyaya İraqdan daxil olublar. Onların hamısı ötən il məğlub olublar. Xatırladaq ki, bazar günü ABŞ Prezidenti Trampla Türkiyə lideri Ərdoğan arasında telefon müzakirə aparılıb. Bundan sonra ABŞ prezidenti Fərat çayının şərq sahillərində olan əsgərlərini eri çəkmək haqda qərar verib. Bu qərarı elan edən Tramp deyib: "Bölgədə bizim vergi mükəlləflərimizə yük olan İŞİD-çi məhkumlara cavabdehlik artıq Türkiyədədir". İndi bəlli olur ki, məhkum İŞİD üzvlərinin sayı 5 mindən az deyil və onları yedizdirib saxlamaq Ankaranın öhdəsinə düşəcək.
Sizin Reklam Yeriniz