Əlaqə Arxiv
news Image
2019.10.10
08:43
| A A A
Əli Kərimli bu dəfə də özünü bada verdi
Yalan və fırıldaq üzərində plket keçirməyin nə adı var?

Oktyabrın 8-də radikal müxalifətçilərin Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciətinə icazə verilmişdi. Baxmayaraq ki, BŞİH-in qarşısı nəqliyyatın və əhalinin sıx hərəkət etrdiyi ərazidir, hakimiyyət strukturları müraciət edənlərə sözlərini demək üçün imkan yaratmışdı. Bunun üçün saat 15-dən 16-a qədər polis həmin ərazidə piketçilər üçün lazımi şəraitin yaradılması məqsədilə nəqliyyatın hərəkətini nizamlayacaqdı. Hər şey sivil formada təşkil olunurdu. Lakin...

Həmişə olduğu kimi bu dəfə də radikal müxalifətçilər vədlərinə xilaf çıxdılar. Birincisi,qanunu pozaraq bir neçə gün əvvəldən əhalini piketə tamaşa (?!) etməyə çağırdılar. Bu çağırış qeyri-qanuni olmaqla yanaşı həm də acınacaqlı idi. Dərhal bilinirdi ki, piketçilərin məqsədi piket keçirmək yox, siyasi şou düzəldib öz əsas məqsədlərini həyata keçirməkdir. Bəs, nə idi onların məqsədi?

Piketdən əvvəl proqnozlaşdırılırdı ki, müraciət edənlər aranı qarışdırmaq istəyəcəklər. Çünki, onların hakimiyyət mənsublarına deyiləcək sözləri yoxdur. Sadəcə, aranı qarışdırıb, ictimai asayişi pozmaqla pilisin diqqətini cəlb etmək, təbii ki, bundan sonra asayişi təmin edənlər onları intizama dəvət edəcəkdilər, bu zaman polisə müqavimət göstərib həbsə düşmək və müqavimət anını çəkib sosial şəbəkələri “bəzəmək” yolu ilə mühacir biznesinin yeni dalğasına rəvac vermək başlıca məqsəd idi.

Budəfəki piketin özəl xüsusiyyəti də oldu. Belə ki, müraciət edən təşkilatların-Milli Şura və AXCP-nin rəhbərləri piketə gəlmədilər. Deyilənə görə, AXCP sədri Əli Kərimli dızqaxlıqdan ortaya çıxmayıb, evindən hadisələri müşahidə edib. Amma hələ ki, məlum deyil, o, durbinlə, şəxsi telekanalı ilə və ya hansısa casusluq mexanizmi ilə müşahidə aparıb, hər halda evindən kənara çıxmayıb. MŞ-nın rəhbəri Cəmil Həsənli isə həmin vaxt Amerikada (?) olub. Qəribədir, bu qədər də xəyanətkarlıq olarmı? Sədrlər gizlənib, sadə üzvləri irəli verirlər. Üstəlik, əlaltdan öyrədirlər ki, asayişi pozun, verdiyimiz sözlərə əməl etməyin. Çünki, piket adı ilə meydana gələnlər nəinki vaxt çərçivəsini nəzərə almayıblar, hətta piket küçə yürüşü ilə əvəzləyiblər. Halbuki, Əli Kərimli başda olmaqla bu adamlara dəfələrlə şəhər həyatının qayda-qanunları izah olunub, əhalinin rahatlığını, şəhərin mərkəzindəki infrastrukturun işinin pozulmaması üçün təlimatları bilıdiriblər. Lakin nə fayda?! Əli Kərimli özünü hakimi-mütləq sayır və hər cür özbaşınalığı edir. Onun öyrədib meysana göndərdikləri də eyni hərəkəti edirlər. Təxribatçılıq bu adamların xislətindədir. Siyasi iş, qanuni seçki, insanların hüquqları və sairə amillər bunların vecinə deyil. Pul isə vicdanlarıdır.

Piketin keçirilməsi forması göstərdi ki, AXCP normal siyasi mübarizə aparmaq, adi bir piket keçirmək iqtidarında deyil. Əvvələn, müxalifət keçirdiyi alsiyalarda hər dəfə eyni sözləri təkrarlayır, Qarabağ məsələsini, insan hüquqlarının pozulması və siyasi məhbuslara azadlıq məsələlərini qaldırır. Faktlara müraciət edəndə açıq görünür ki, Azərbaycanda siyasi məhbus yoxdur, qanunları pozan şəxslər var. İkincisi, Qarabağ məsələsi beynəlxalq müstəvidə həll olunası siyasi məsələyə çevrilib və ölkə rəhbərliyi ərazi bütövlüyünün bərpası üçün ən sərt və intensiv şəkildə mübarizə aparır. Buna görə də mənasız aksiyalara icazə verib əhalini narazı salmağın adı yoxdur. Demokratik azadlıq o zaman gözəldir ki, həmin azadlıqdan normal qaydada istifadə etməyi bacarasan. Yoxsa ki, “dədəm mənə dur deyib, gəlin gedəni vur deyib” prinsipi demokratiyanın ən pis şəkildə pozulması nümunəsidir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz