Əlaqə Arxiv
news Image
2019.10.10
12:03
| A A A
Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycana səfərinin yekunlarından danışan Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.

O, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı vurğulayıb:

“Bildiyiniz kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional xarakter daşıyır”.

G.Qaxariyanın sözlərinə görə, ölkələr arasında konkret addımlar planlaşdırılıb və noyabr ayında iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək:

“Bu komissiyanın iclası son 10 ildə keçirilməyib. Bu tədbir iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və təkmilləşməsi üçün fundamental və səmərəli vasitədir”.

Sizin Reklam Yeriniz