Əlaqə Arxiv
news Image
2019.10.10
15:25
| A A A
Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Sizin Reklam Yeriniz