Əlaqə Arxiv
news Image
2019.10.15
10:29
| A A A
SON DƏQİQƏ: "Sülh çeşməsi"nin 7-ci günündə dinc sakinlərə hücum - Müdafiə naziri Rusiyaya zəng etdi və...
Müharibə məkanında kritik saatlar yaşanarkən Ankara-Moskva xəttində iki önəmli telefon danışığı baş tutub. Mövqe.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə, baş qərargah rəisi Yaşar Gülər isə rusiyalı həmkarı Valeri Gerasimov ilə telefonda Suriyadakı vəziyyəti müzakirə edib. Qeyd edək ki, Türkiyənin "Hürriyət" qəzeti "Sülh Çeşməsi" hərəkatının nə zaman bitəcəyinin məlum olmadığını bildirib. Əbdülqədir Səlvinin qələmə aldığı məqalədə Milli Müdafiə naziri Hulusi Akarın İYİ Partiyasının sədri Meral Akşener ilə CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşündə hərəkatın planlaşdırılan təqvimdən daha tez hərəkət etdiyi, lakin əməliyyatın nə zaman sona çatacağı mövzusunda tarix vermədiyi bildirilib: "Bu, ucu açıq əməliyyatdır. Bu əməliyyatın son hədəfi isə terror korridorunu ortadan qaldırmaqdır". *** 09:30 YPG/PKK terror təşkilatı Kobanidən "Fərat qalxanı" hərəkatı ilə terrorçulardan təmizlənən Cerablus bölgəsinə hücum edib. Mövqe.az xəbər verir ki, nəticədə 3 azyaşlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. *** 08:45 Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı 7-ci gününə daxil olub. Mövqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqladığı son məlumatlara görə, əməliyyat çərçivəsində 595 PKK/PYD/YPG terrorçusu zərərsizləşdirilib. Tel Abyad və Rəsulaynda şəhər mərkəzlərinə nəzarətin tam təmin edilməsindən sonra gözlər Fəratın qərbində yerləşən Münbiçə çevrilib. YPG-nin nəzarətində olan şəhər ətrafında bazar günü axşamından bəri hərəkətliklik yaşanır. Prezident Rəcəb Tayyib Ərdoğanın "Qərar verdik, icra mərhələsinə keçdik" sözləri ilə Münbiç əməliyyatının anonsu verməsindən Münbiçin şimalındakı Cerablusda Türkiyə Silahlı Qüvvələrinin hərəkətliliyi artıb. Çox sayda komanda ilə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri sayılan "Bordo bereliler" Münbiç ətrafına göndərilib. Bölgədə tanklar və zirehli texnikanın hərəkətliliyi də diqqəti cəlb etməyə başlayıb. Bu texnika arasında hərbi birliklərin çayı keçməsi üçün nəzərdə tutulan səyyar körpülər də var. Suriya Milli Ordusuna bağlı qüvvələrin də Münbiç sərhədində yerləşdirilməsinə başlanılıb. İddiaya görə, Münbiç ətrafındakı hərəkətliliyin səbəbi əsas hissəsi YPG-dən ibarət olan "Suriya Demokratik Gücləri"nin Dəməşqlə razılaşdığına dair iddianın olmasıdır. İddia görə, "Suriya Demokratik Gücləri" Münbiç və Kobani də daxil olmaqla, nəzarət etdiyi bölgələrə rejim qüvvələrini çağırıb.
Sizin Reklam Yeriniz