Əlaqə Arxiv
news Image
2019.10.15
10:36
| A A A
Erməni faşizminin kökünə vurulan balta
MDB-nin Aşqabad sammitində erməni ideologiyası bütün çalarları ilə ifşa olundu

Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Иkinci Dünya Müharibəsi, demək olar ki, bütün dövlətlər tərəfindən lənətlənir. İstisna yalnız Ermənistana aiddir. Belə ki, bu dövlət və  onun rəhbərləri faşizm ideologiyasına məhəbbətləri və sədaqətləri ilə daim seçilirlər.

Faşizmin ən amansız tərəfdarlarından olan Qaregin Njdeyə İrəvanda abidə qoyulması ötən ilə qədər bu ölkənin siyasi hakimiyyətini təmsil edən klan nümayəndələrinin əksəriyyətinin cinayətkar olması ilə əlaqədar olduğu düşünülürdü. Никол Paşinyan “demokratiya uğrunda inqilab” adı ilə hakimiyyəti zəbt edəndə bəzi ekspertlər erməni cəmiyyətində siyasi və ideoloji dəyişikliklərin baş verəcəyi haqda tələsik proqnozlar da vermişdilər. Lakin, budur, 1,5 il vaxt keçib, dəyişilən heç nə yoxdur. Əksinə, yeni baş nazir yerli səviyyədə dəstəklənən faşizm ideologiyasının sərhədlərini genişləndirərək artıq beynəlxalq miqyasda faşizmi müdafiə etməkdən çəkinmir.

Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadda başa çatmış MDB-nin sammitində sülh və əməkdaşlıq təşkilatı istiqamətində çalışan bu qurumda faşizmə yer olmamasını Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə bildirdi və faşizmin “qulu” olan erməni rəhbərliyini rüsvay etdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”.  

Njde faşizmi Hitlerdən, əvvəlki və indiki erməni rəhbərlər isə Njdedən əxz ediblər. Xətt-hərəkətlərindən və ideoloji ambisiyalarından görünür ki, erməni faşizmi müasir təcavüzkar ideologiyanın əsasını təşkil edir. Bu cür antibəşəri düşüncələrlə yaşayan erməni rəhbərlərdən və onların idarə etdikləri cəmiyyətdən nə gösləmək olar?

Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov Ermənistanın hökumət binası qarşısında abidəsi ucaldılan Qareqin Njdenin (Ter-Aratyunyan) əslində nasist olduğunu da tarixi faktlarla əsaslandırıb: “Amerikada yaşayan və orada irqçi təşkilat yaradan Qareqin Njde 1930-cu ilin ortalarında vəziyyət dəyişdikdən sonra faşizmin mərkəzi olan Münhenə köçür və Almaniyada Hitler hakimiyyətə gəldikdən sonra erməni faşizmi legitim hal qazanır. Güclü xalqların zəif xalqları əzmək haqqının olduğu fikrinin tərəfdarı olan Njdenin faşizm ideologiyasının tərəfdarı olması faktını ortaya çıxan arxiv sənədləri də təsdiqləyir”. Nasist Njde hələ o vaxtlar “Böyüməkdə olan erməni nəsillərə sözüm” adlı məqaləsində yazır: “...Əgər hakimiyyəti ələ keçirsə, “Daşnaksutyun”  özünün yarımçıq sosializm proqramı ilə hakimiyyətə gələcək. O zaman biz hamımız partiyanı tərk edəcəyik. Nəhayət ki, hərəkətə keçməyi Hitlerdən öyrənməliyik”.

Azərbaycanın dövlət başçısı II Dünya müharibəsində faşizmə qarşı mübarizənin əsas ağırlığını daşıyab Rusiyadan misal gətirərək deyib: “Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o,

Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Prezident İlham Əliyev bu çıxışı ilə erməni faşizminə kökündən siyasi və tarixi balta vurmuş oldu. Zərbənin əks-sədası dərhal mətbuatda əks olundu. Qəzetlərdə bir-birinin ardınca ermənilərin faşist ideologiyasının əleyhinə materiallar dərc olundu. Hətta “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri, deputat Edmon Marukyan da fzcebook səhifəsində bu “zərbənin gücü”ndən yazıb: “Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin MDB dövlət başçılarının görüşündəki dueli posr-sovet dövlətlərinin informasiya məkanını bürüyüb. Görünür, heç kim digər liderlərin yanında belə “atışmanı” gözləmirdi. Görünür, N.Paşinyanın cavabı qaneedici olmadığından dosr ölkələrin bəzi KİV-ləri kələfin ucunu itirib”. Təbii ki, erməni deputat Paşinyanın diligödəkliyi fonunda kələfin ucundan danışmaqla izi azdırmaq istəyir. Amma, deyəsən, özü də başa düşmür və ya bunu istəmir ki, ermənilər bütünlükdə özlərini itiriblər.

Ermənistanın bundan əvvəlki hakimiyyətinin ideya rəhbəri Ermənistan Respublika partiyası idi. Bu partiyanın gerbində “qırmızı rəng (qan) fonunda qılınc və onun üzərində faşizmin simvolu olan qartal təsvir olunub. Bu partiya və onun mənsubları faşistlərin yolunu təkrarlayırdılar. Amma Paşinyan hakimiyyətə demokratiya və insan hüquqlarından dəm vura-vura gəlib. Yoxsa erməni demokratiyası da qan üzərində faşizmdən keçir. Onda bu demokratiya yox, erqanokratiyadır, sırf erməni qaniçənliyi. Ancaq bu ideologiyanın süqut formulu artıq qoyulub. Vaxt gələr ermənilər bütün faşist əməllərinə görə məhkəmə qarşısında cavab verərlər.

N.NOVRUZ    

Sizin Reklam Yeriniz