Əlaqə Arxiv
news Image
2019.10.16
08:58
| A A A
Ermənistan yenə buynuzunu Rusiyanın çomağına sürtür
Bu ölkədəki qaniçənlər 20 il əvvəl baş vermiş hadisələrdə Putinin dəst-xəttini görməyə can atırlar

27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, depotatlar Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələyib. Silahlı dəstənin başçısı, keçmişdə jurnalist, sabiq Daşnaksutyun üzvü, 34 yaşlı Nairi Hunanyan 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, Azərbaycan torpaqlarının işğalına hazırlaşan ermənilərin “Qarabağ hərəkatının” ilk çağlarında tətil və nümayişlərinin qatı millətçi iştirakçısı olub.

O dövrün məlumatlarına görə, silahlılar dövlət çevrilişi baş tutduğunu elan ediblər. Hunanyan, o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə: “Bəsdir qanımızı içdiyiniz”, - qışqırıb. Sarkisyan: “Hər şey sənin və övladlarının gələcəyi üçün edilir”, - deyə cavab verib. Bundan sonra, şahidlərin ifadəsinə görə, Hunanyan atəş açıb.

Parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara “ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!” çağırışı cavabsız qaldı. Prezident aparatının rəhbəri və prezident Robert Koçaryanla danışıqlardan sonra, dəstə ertəsi gün silahı yerə qoyub təslim oldu.

Yerli mediaya əsasən o zaman iki ildən də az müddət ərzində prezident olan Robert Koçaryan, baş nazir Vazqen Sarkisyan və parlament sədri Karen Demirçyanın qətlindən sonra Ermənistanda “yeganə görkəmli siyasi fiqura çevrilir”.

Üstündən 20 il keçəndən sonra politoloq Sarkis Arsruni hadisə haqda yazır ki, nə üçün Moskvanın bu terror aktına bağlılığını deyənlərə heç kim inanmır. Ancaq indi bir çox erməni siyasətçilər Rusiyaya qarşı demarşlarında bu hadisəni Moskvanın üzərinə yıxmağa çalışırlar. Çünki, hətta hadisənin qurbanları olan Vazgen nSarkisyanın və Karen Dımirçiyanın rus siyasi elitası ilə sıx əlaqələri olub. Onların məhz Moskvanın ıli ilə aradan götürülməsi iddiası bu səbəbdən heç cür qəbul olunmur. Arsruni isə bu adamların arqumentlərini primitiv fənd adlandırır. Sarkis və onun kimi düşünənlər isə deyir ki, bu adamlara Moskvanın etibar etməməsinin daha dərin səbəbləri var idi. Vazgen və Karen qərbyönümlü siyasətçi yox, legitim hakimiyyətləri ilə rusları həyacanlandırırdılar. Lakin ermənilərin bu tryuku da hiyləgərliklə yoğrulub və məqsəd terrorun bütün məsuliyyətini Rusiya prezidenti Vladimir Putinin üstünə atmaqdır. Açıq görünür ki, ermənilər bütün cəbhə boyu Putinə hücuma keçiblər. “Yeltsin Rusiyası ilə əməkdaşlığı yoluna qoymaq mümkün idi, amma 90-cı illərin sonlarından, xüsusilə Vladimir Putinin baş nazir təyin olunmasından sonra imperiya siyasəti Rusiya hakimiyyəti üçün 

Dominant istiqamətə çevrildi” deyə Arsruni yazır.

Ancaq Rusiyanın iştirakını rədd edənlər məsələyə peşəkarlıq nöqteyi-nəzərindən yanaşaraq bildirirlər ki, ruslarin bu işdə əli olsaydı, onda cinayətin iştirakçılarını da məhv edərdilər, daha onların uzun müddət davam edən məhkəmələrinə yol verməzdi. Lakin digərləri bir arqumenti əsas götürürlər ki, Rusiyanın “Alfa” qrupu adətən hadisə yerinə yarım günə çatır, lakin erməni depotatların öldürülməsindən cəmi bir neçə saat sonra onlar artıq hadisə yerində olublar. Fərq etmir, bu terroru kim törədib, çünki cinayətkarlar ömürlük həbs cəzasına məhkum olunublar və indi onlardan bir-ikisi salamat ola, ya olmaya.

İndi bu olayı qabartmaqdan məqsəd Vladimir Putinin əleyhinə Ermənistanda bir hərəkat formalaşdırmaq planının tərkib hissəsidir. Erməbni əsyasətçiləri düşünürlər ki, bununla onlar Rusiyanın forpostluğunu Qərbin forpostluğuna dəyişə bilərlər. Ancaq, rusların, şəxsən Putinin bu teraktda əli olduğunu düşünənlər uzaqgörən olsaydılar, onda bilərdilər ki, eyni hadisə yenə təkrarlana bilər. Yox, əgər Rusiyadan uzaqlaşmaq istəyirlərsə, onda nə fərqi yenə də müstəqil olmayacaqlar, Qərb onların yaşadıqları respublikanı özlərinin hərbi poliqonuna çevirəcək. Belədə ermənilər nə qazanacaqlar, yəqin, heç özləri də bilmirlər.

Bütün təhlillərin nəticəsi gəlib çıxır Ermənistan hakimiyyətinin öz üzərinə. Nə qədər ki, siyasətləri dəyişməyib, nə qədər ki, təcavüzkarlıq dövlət siyasətinin prioriteti olaraq qalacaq, Ermənistanın kölə durumu dəyişməyəcək. O ki qaldı Putinin əleyhinə çıxmağa, ABŞ və onun prezidentləri Putinin qarşısını ala bilmirlər, rus əsgərinin ayaq tappıltısından titrəyən ermənilər onunla necə bacaracaq?

N.NOVRUZ
 

Sizin Reklam Yeriniz