Əlaqə Arxiv
news Image
2019.10.16
09:12
| A A A
Əcnəbi ağaları Əli Kərimliyə qəzəbləniblər
8 oktyabr biabırçılığı bunlara görk olmadı, 19 oktyabr fiaskosuna can atırlar

Bir həftə əvvəl müxalifətin icazəli piket keçirmək səyi iflasa uğrasa da bu dəstənin rəhbəri Əli Kərimli dinc oturmaq istəmir. Məsələ burasındadır ki, bundan əvvəl Lökbatanda ayrılmış geniş və mitinq üçün əlverişli məkanda toplanmaqdan vaz keçən AXCP və Milli Şuranın müraciətinə əsasən  müxalifətçilərin Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirilməsinə icazə verilmişdi. Bu ərazidə nəqliyyatın və əhalinin sıxlığı yüksəkdir, hakimiyyət strukturları müraciət edənlərə sözlərini demək üçün imkan yaratmışdı. Amma, həmişə olduğu kimi bu dəfə də radikal müxalifətçilər naxələflik etdilər. Qanunu pozaraq əhalini piketə tamaşa çağırdılar. Bu çağırış qeyri-qanuni olmaqla yanaşı həm də acınacaqlı idi. Dərhal bilinirdi ki, piketçilərin məqsədi piket keçirmək yox, siyasi şou düzəldib öz əsas məqsədlərini həyata keçirməkdir.

Demək, Əli Kərimli oktyabrın 19-na yeni mitinq “təyin” edib. Məlum məsələdir, oktyabrın 8-də radikalların oxu daşa dəyib, qrant almaq üçün yetərli şuluqluq sala bilməyiblər. Ümid alıb növbəti tədbirə. Amma vaxt gözləmir və görünür ki, sifarişçi də işlərin keyfiyyətindən narazıdır. Buna görə, əlimyandıda tələsik bir piket də keçirib tapşırığı yerinə yetirmək gərəkdir. Əks təqdirdə “əlvida, qrantlar!”. Əli Kərimlinin rəhbərliyi ilə müxaliflərin vurnuxmaları da bununla bağlıdır. Amma ilk növbədə icazə lazımdır, çünki radikallar hər bir halda özbaşına deyillər və demokratik dövlətdə yaşayırlar. Dövlət isə öz əsaslarını və qanunlarını qorumağa borcludur.

İkinci növbədə isə mütəşəkkilliyə və asayişin qorunmasыna zəmanət vermək gərəkdir. Hərçənd, indiyə qədər radikallar əvvəlcədən söz verib, sonradan dabanlarına tüpürüb qaçmağa adərkərdədirlər.  Hakimiyyətin isə əlində tutarlı bir dəlil yoxdur ki, tədbirin ictimaiyyətə ziyan vurmadan keçəcəyinə əmin olsun.

N.NOVRUZ

Sizin Reklam Yeriniz