Əlaqə Arxiv
news Image
2019.10.16
08:07
| A A A
Suriya ermənilərinin Qarabağa yeni köçü başlana bilər
Cümşüd Nuriyev: “Yaranmış vəziyyətdə Türkiyə parlamenti Ermənistanın terroru dəstəkləyən dövlət olması ilə bağlı dünya ölkələri parlamentlərinə müraciət ünvanlamalıdır”

Erməni faşistləri yenə də terrora bağlı olduqlarını və terrora dəstək verdiklərini nümayiş etdirməkdə davam edirlər. Belə ki, mətbuatın yazdığına görə, Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, terrorçulara qarşı mübarizə aparan Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar. Bundan başqa, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin həmin əməliyyatları fonunda Susiyanın şimalındakı erməniləri təxliyə edəcəyini bəyan edib.  Bəs, Ermənistan XİN-nin həmin bəyanatı fonunda gözləmək olarmı ki, İrəvan Suriya ermənilərinin yenidən işğal etdikləri Dağlıq Qarabağa köçürülməsinə start versin?

Politoloq Cümşüd Nuriyevin fikrincə, yaranmış vəziyyətdə Türkiyə parlamenti Ermənistanın terroru dəstəkləyən dövlət olması ilə bağlı dünya ölkələri parlamentlərinə müraciət ünvanlamalıdır: “Aydın məsələdir ki, PKK-nı da ASALA formalaşdırıb. 1984-cü ildə məhz ASALA-nın təkidilə belə bir terrorçu təşkilat yaradılıb. Abdulla Ocalanın bir tərəfi də ermənidir, bunu gizlətməyin mənası da yoxdur. Onun atası erməni, anası kürddür. Həmin terror təşkilatında olanların əksəriyyəti özlərini kürd kimi qələmə versələr də, əslində ermənidirlər.

Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı 3 ermənini əsir götürüb. Ondan sonra ermənilər ora gedirsə, ağılları yoxdur. Bütün hallarda görünən odur ki, ermənilər bu terror həyasızlığından qalan deyillər. Yenə də öz çirkin əməllərini davam etdirəcəklər. Amma bir şeyi yaddan çıxarırlar ki, 80 milyonluq Türkiyə üçün hardasa 5-6 erməni dılğırı heç nə edə bilməyəcək.  Nəzərə alaq ki, artıq 100 minlərlə Azərbaycan vətəndaşı da Türkiyəni dəstəkləməyə hazır olduğunu bəyan edib.

Ermənilərin burada PKK terrorçularını dəstəkləməsi gözlənilən idi. Çünki ermənilər bütün zamanlarda ancaq terrorla məşğul olublar. Bu fonda Türkiyə Böyük Millət Məclisi Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olması barədə  dünya parlamentlərinə müraciət qəbul etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi də bu istiqamətdə bəyanat verərək müraciət etməlidir ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edir. Necə olur ki, ABŞ keçən əsrin əvvəllərindən üzü bəri dünyanı istənilən yerində özünün milli təhlükəsizliyini  təmin etmək adı altında bir çox əraziləri nəzarətinə götürə bilir? Amma Ankara öz sərhədində özünün milli təhlükəsizliyinin təmini üçün bu addıma gedə bilməz? Birmənalı olaraq proses onu göstərir ki, dünya dövlətləri ikiüzlüdür. Təəssüf ki, ərəblər yenə də saxtakar mövqe tutdu. Türkiyənin arxasında isə Azərbaycan, türk dünyası var, onu Macarıstan, Pakistan da dəstəkləyir”.

C. Nuriyev bildirdi ki, Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyat fonunda İrəvanın oradakı erməniləri yenidən qanunsuz olaraq Dağlıq Qarabağda yerləşdirməsi cəhdi gözləniləndir: “İndiki halda hüquqi müstəvidə dünyanın çarxı çevrilib. Ermənistan Suriyadan əvvəl İraqdakı erməniləri gətirib Qarabağda yerləşdirib. Bu məsələyə dözümlülük göstərməməliyik. Yalnız normal insanlara münasibətdə humanist ola bilərik. Azərbaycan XİN-i bu müstəvidə bəyanat verərək ermənilər atdığı bu addımı da pisləməlidir. Ardınca bəyan etməlidir ki, Azərbaycan Ordusu hücuma keçəndə həmin ərazilərdə öləcək Suriya vətəndaşlarına görə, Bakı heç bir məsuliyyət daşımır.

Ermənistan müstəqil siyasət yürütməyi bacarmır. Rusiya və İran onun arxasında dayanır. Onlar da bir növ “ilanı seyid Əhməd əlilə tutur”lar. Ermənistanın Suriyalı ermənilərlə bağlı açıq şəkildə verdiyi bu bəyanat

isə İrəvanın Azərbaycanın ərazi bütövlüyülə əlaqədar indiyə kimi keçirdiyi həyasız siyasətin davamıdır”.

Rüfət  NADİROĞLU 

Sizin Reklam Yeriniz