Əlaqə Arxiv
news Image
2019.10.17
07:56
| A A A
Rusiya mediası da Ermənistandan üz döndərir
Bir vaxtlar Rusiya telekanalları və qəzetləri ermənilərin əlində rupor idisə, indi həmin tribunalar ermənilərin iç üzünü açır

Rusiya Federasiyasının hansı KİV qrupuna əl atırsansa, orada “erməni barmağı”nın işlədiyi dərhal hiss olunur. Öz utopik arzularına çatmaq və  konkret olaraq Azərbaycan əleyhinə hədyanlar söyləmək üçün ermənilər bir çox rus mətbuat orqanına borcludurlar. Ölkəmizi işğal etməkdən qürur duyduqlarını bildirən ermənilər elə bilirdilər ki, qurduqları informasiya toru həmişə rusların əl-qolunu bağlı saxlayacaq və onlar istədiklərini edəcəklər. Ancaq, budur, zaman yetişir və siyasi tələbatla əlaqədar ermənilərin əl-qolu rus mətbuatından yığışır. Yox, onlar öz vəzifələrindədirlər. İşdən qovulmayıblar. Amma qovulsaydılar, onlar üçün daha yaxşı olardı. Çünki, daha mənfur əməlləri işləmir və özləri işləməkdə davam etsələr də, ölü kimidirlər.

Rusiyada dərc edilən “Комсомолскайа pravda” qəzeti bu günlərdə postsovet məkanındakı dövlətlərin liderləri və luzaları barədə yazıb. Qəzetin dərc etdiyi məqalə göstərir ki, KİV-in Ermənistana münasibəti kökündən dəyişib. Əgər əvvəlki dövrlərdə bu ölkənin yalnız müsbət təmayülləri barədə yazırdılarsa, indi vəziyyət tamamilə dəyişib. Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva ilə İrəvan arasında münasibətlər kökündən soyuyub və Rusiya mətbuatı daha özünü gücə salmadan hər şeyi olduğu kimi yazmağa başlayıb.

Rusiya qəzetləri Ermənistanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə daxil olmasına xüsusi diqqət ayırırlar. Çünki, həmin təşkilatlar hesabına bu ölkənin iqtisadi-siyasi vəziyyəti xeyli yaxşılaşıb. Hətta 2016-2017-ci illərdə Ermənistanın ixrac məhsullarının məbləği 2,5 milyard dollara çatıb. “KP” yazır ki, 2018-ci ilin yazında birdən-birə ermənilərin ağlına hardan gəldi, məlum deyil, dövlət çevrilişi etdilər. Bu, məntiqsiz və mənasız bir iş idi. Çevrilişdən sonra iqtisadiyyatın çöküşü başladı və sıfıra qədər endi. 2018-ci ildə idxal 4,9 milyard dollara yüksəldi, ixrac isə 2,4 milyarda endi.

Rus ekspertləri ona istehza edirlər ki, AİB-ə daxil olana qədər Ermənistan iqtisadiyyatı komada idi. Avrasiya strukturları ona canlanmaqda yardımçı oldular. Təcavüzkar siyasətinə görə blokadada olan ölkə tədricən vəziyyətini düzəltməyə başladı. Yoxsa, o, ömrü boyu “oksigen” balonu ilə yaşaya bilməzdi. Hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanı öz xeyirxahə ilə birləşdirən bütün bağları qırmağa, körpüləri yandırmağa başladı. “İnqilabçı” baş nazirin nə fikirləşdiyini, onun özündən başqa heç kim bilmir. Yəqin, möcüzəyə ümid bəsləyir.  

Artıq ilyarımdır ki, Ermənistanın iqtisadi göstəriciləri aşağı yuvarlanır. Baxmayaraq ki, rəsmi statistika və şəxsən Paşinyan tam optimist proqnozlarla yaşayırlar, amma bir az da keçər və erməni iatisadiyyatına süni nəfəs də kömək etməz. Paşinyan iqtisadi gücsüzlüyü fonunda Rusiya ilə əlaqələrin üzərindən xətt çəkir.

Belə düşünmək olar ki, Moskva ilə İrəvan arasında münasibətlər heç vaxt indiki qədər acınacaqlı vəziyyətdə olmayıb. Di gəl ki, bu vəziyyət rus jurnalistlərin işinə yarayır. Belə ki, onlar daha özlərinə əziyyət verib erməni xəbərlərini “gözəlləşdirmək” üçün enerji itirməyəcəklər. Nə var, onu da dərc edəcəklər. Düzü düz, əyrini əyri! Amma bu ermənilərdə düz heç nə olmadığı üçün jurnalistlərin işi lap asanlaşacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz