Əlaqə Arxiv
news Image
2019.10.18
08:35
| A A A
Əli Kərimlinin biznes mafiyası çökür
Radikalların bütün sifətləri ifşa olunur

AXCP və Milli Şura (heyf bu addan) birlikdə yenə mitinq üçün yer davası edir. Bu, siyasi işdirmi? Hakimiyyət mitinq üçün müvafiq və əlverişli yer təklif edir. Mitinqçilərin rahatlığı üçün nəqliyyatın hərəkətini polis tənzimləyir. Aksiya çərçivəsində asayiş qorunur. Amma müraciətçilər müxtəlif bəhanələrlə seçilən yerdən  imtina edirlər. Onlara dinc, demokratik siyasi iş yox, aranı qarışdırmaq, asayişi pozmaq, bir sözlə, “suyu bulandırmaq” lazımdır ki, bəlkə məqsədlərinə çatalar. Məsələn, oktyabrın 6-də şəhərin mərkəzində keçirdikləri piketdə bütün gücləri ilə çalışdılar ki, qarşıdurma yaratsınlar, lakin alınmadı. Səbəbi nə olsa, yaxşıdır. Asayiş qoruyucuları təşkilatçıların bütün məasədlərini yaxşı bildiklərindən onların təxribatlarının qarşısını aldılar və şuluqluq salanların əməlləri axıradək işləmədi.

Bu haqda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, AXCP sədri Əli Kərimli və Milli Şura deyilən qurum 50 nəfərlik piket adı ilə paytaxtda xaos yaratmağa cəhd etdilər: “Onların keçirdiyi razılaşdırılmış piket deyildi.Məqsədli şəkildə planlaşdırmışdılar ki, Bakının mərkəzində təxribat, qarşıdurma yaratsınlar. Əli Kərimli və onun ətrafı inanmırdı ki, Bakı Şəhər İcra Hakimiyyəti onlara şəhərin mərkəzində piket keçirməyə icazə verəcək. Onlar elə zənn edirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib rədd cavabı alacaqlar və bundan yararlanaraq hakimiyyətə qarşı şüarlar səsləndirəcəklər. İcra hakimiyyəti onların müraciətinə əsasən, 50 nəfərdən ibarət piketin keçirilməsinə icazə verdi. Bundan sonra isə əllərrində əsas qalmadığından, onlar bu üsulla təxribat törətmək qərarına gəldilər. Əli Kərimlinin adamları 50 nəfərlik piket əvəzinə 10-10, 15-15 toplaşaraq ayrı ayrı küçələrdə qanunazidd hərəkətlər etməyə, əhalinin rahatlığını pozaraq özlərinə diqqət cəlb etməyə və ən əsası təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata çəkməyə cəhd etdilər. Küçədə qanunları pozsalar da, obyektlərə ziyan vurmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları bu işdə soyuqqanlı davrandılar, onlara reaksiya vermədilər, təxribatlara uymadılar. Nəticədə, Əli Kərimlinin növbəti təxribat cəhdi fiaskoya uğradı”.

Göründüyü kimi, artıq radikalların bütün sifətləri cəmiyyətə aydındır. Buna görə də onların mitinq keçirmələrinə icazə verməmək üçün hər əsas mövcuddur. Lakin demokratik quruculuq yolu ilə gedən ölkəmizdə insanların düşüncəsində demokratik əhval-ruhiyyənin formalaşması və inkişafı naminə hər hansı bir siyasi qüvvənin tədbirinə icazə verilir. Adını radikal müxalifətçi qoyub, əslində başqa çirkin əməllərlə məşğul olanlar isə cəmiyyətin onlara verdiyi bu imkandan sui-istifadə edirlər. AXCP və Milli Şuranın Lökbatanda icazəli mitinq keçirməkdən imtina etmələri də bununla əlaqədardır. Bu işlərin başında AXCP sədri Əli Kərimlinin durması da hamıya məlumdur. Çünki, onun mühacir və siyasi məhbus biznesinin inkişafı saxta mitinqlər üzərində qurulub. Belə tədbirlərdə isə əsasən aldadılmış insanlar iştirak edir. Hətta müxalifətin içərisində olan digər şəxslər də bu vəziyyəti bilir və narazılıqlarını dilə gətirirlər. N.Ordyxanlı bu haqda deyir: “Təbii ki, Əli Kərimli bunu düşünülmüş və sifarişlə edir. Xaricdən aldığı dəstəklə onlar belə təxribatları yaradıb sonradan həmin sifarişçilərə təqdim edərək Azərbaycanda gərgin vəziyyət olduğunu göstərmək istəyirlər. Amma istəkləri bu dəfə də baş tutmadı. Əli Kərimlinin 3 övladı var, 3-ü də xaricdə yaşayır, hətta biri hərbi xidmətdən yayınıb, fərarilik edir. Öz uşaqlarını xaricdə yaşadan Əli Kərimli başqalarının övladlarını öyrədərək təxribata sürükləyir”.

İndi oktyabrın 19-na təyin olunmuş mitinq üçün müraciətə yenə hakimiyyət icazə verib. Bu, Bakının Qaradağ inzibati rayonu ərazisindəki geniş stadiondur. Görünür, radikalların “10 minlərlə tərəfdarımız” var iddialarını nəzərə alan hakimiyyət belə geniş ərazini seçib. Ancaq, müxalifət təyin olunmuş yerdə mitinq keçirməyə razılaşırmı? Yenə də yox. Ona görə ki, asayişi pozub, sonradan hakimimiyyəti bunda günahlandırmaq və ən əsası da, biznes fəaliyyəti üçün saxta görüntülü fotolar əsasında sənədlər hazırlamaq. Çətin ki, belə tutarlı faktları bilən cəmiyyət radikalların ardınca gedə. Çünki, bu adamlar ciddi iş olan siyasəti hörmətdən salıblar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz