Əlaqə Arxiv
news Image
2019.10.19
08:00
| A A A
Əli Kərimli pul üçün qarşıdurma yolunu seçir
Azər Həsrət: “Ortalığı qarışdırmaqla özünə yeni maliyyə mənbələri əldə etmək istəyir” Araz Əlizadə: “Bütün bunlar ancaq maliyyə qoparmaq üzərində qurulub”

Radikal müxalifət ölkədə qarşıdurma yaratmaq cəhdlərində bulunmaqda davam edir. Belə ki, AXCP və Milli Şura razılaşdırılmış mitinqə getmək əvəzinə, razılaşdırılmamış aksiyaya getməkdə maraqlı olduğunu ortaya qoyub. Bu isə onu deməyə əsas verir ki, radikallar yenə də ölkədə qarşıdurma, hərc-mərclik yaratmağa çalışır.

Siyasi icmalçı Azər Həsrət düşünür ki, AXCP-nin ölkədə qarşıdurmanın olması istiqamətində fəaliyyətini genişləndirməsinin əsasında özlərinin guya ayaqda olduqlarını nümayiş etdirmək cəhdi dayanır: “AXCP-nin ölkədə qarşıdurma yaratmaq istiqamətində fəaliyyət göstərməsinin əsas səbəbi bir təşkilat olaraq həmin partiyanın darmadağın olmasından qaynaqlanır. Əli Kərimli bilir ki, bir vaxtlar möhtəşəm hərəkət olaraq yaranan AXC-dən indi əsər əlamət qalmayıb. Nəinki hərəkat, ümumiyyətlə partiya kimi də bu təşkilat demək olar ki, mövcud deyil. Bu partiyanın elə rəhbərliyin fəaliyyətinin nəticəsi olaraq strukturları dağılıb. Mərkəzi qərargahları belə yoxdur. Belə olan vəziyyətdə radikal müxalifət qüvvələri müxtəlif üsullardan istifadə etməklə özlərini siyasi səhnədə ayaqda tutmağa çalışırlar. Ancaq insanlar onların arxasınca getmədiyindən bu və ya digər şəkildə ölkədə qarışıqlıq yaratmaqla diqqət mərkəzində qalmağı düşünürlər. Ona görə də Milli Şura adlı özünü təsdiq edən bilməyən qurumu da arxasınca aparıb, onu da uçuruma saldı. İndi guya mitinq keçirmək istəyirlər. Özləri də razılaşdırılmamış yerdə.

Azərbaycan hökuməti mitinq keçirmək üçün onlara normal yerlər təklif edib. Ancaq göründüyü kimi bu adamlar həmin normal yerlərdə aksiya keçirməkdə maraqlı deyillər. Çünki bilirlər ki, mitinq keçirmək üçün yetərincə qüvvəyə malik deyillər, mitinq keçirəcək qədər adamları yoxdur. Ona görə də şəhərin mərkəzində qarışıqlıq salmaq üçün çağırışlar edirlər.

Düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu adamın həmin çağırışları ilə bağlı ciddi tədbirlər görməlidir. Radikal müxalifət bilirik ki, xarici ölkələrdən qeyri-leqal yolla maliyyə əldə edir. Bu günlərdə onların Rusiyadan aldığı maliyyə ilə bağlı bir video yayıldı. Nəticədə məlum olub ki, həmin şəxs konkret tək bir mənbədən ayda 20-30 min dollar maliyyə alırmış. Maliyəni ötürən adam həbs olunub və bunu təsdiq edib. Bu adam belə qarışıqlıq yaratmaqla özünün siyasi lider obrazını qorumağa çalışır. Bir qədər də guya basqıya məruz qalan siyasi lider kimi  Qərb ölkələrindən maliyyə axınını təmin etməyi düşünür. Yəni Əli Kərimlinin bütün çabaları, qarşıdurma yaratma istiqamətindəki əməlləri şəxsi mənfəətləri üçündür. Əslində onun heç bir siyasi iddiası da yoxdur.Özü də başa düşür ki, heç bir formada hakimiyyətə gələ biləcək siyasətçi deyil. Xalq onu dəstəkləmir. Sadəcə ortalığı qarışdırmaqla özünə yeni maliyyə mənbələri əldə etmək istəyir”.    

Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadənin fikrincə, radikalların qarşıdurmanı genişləndirmək cəhdinin arxasında xaricdən maliyyə qoparmaq niyyəti dayanır: “Radikal müxalifətin ölkədə qarşıdurma yaratmaq istiqamətində fəaliyyətlərini genişləndirməyə çalışması xaricdən it payı almağa hesablanıb. Ayrı məqsədləri yoxdur. Bütün daha ancaq maliyyə qoparmaq üzərində qurulub”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz