Əlaqə Arxiv
news Image
2019.10.19
09:30
| A A A
Ermənilər Paşinyanın “isinmirlər istisinə, kor olublar tüstüsünə”
İrəvanda inqilabçılar küçəyə çıxmışdılar ki, irəli düşsünlər, qışqırıb geri düşdülər

Əlində iqtisadi resursları və intellektual ehtiyatı olmayan Ermənistanda ötənilki dırnaqarası inqilabdan sonra əhali az qalırdı çırtıq çalıb oynasın. Hər halda Nikol Paşinyan onlara bunu vəd etmişdi. Amma cəmi ilyarım keçib, ortada bir şey yoxdur. Düzdür, inqilabdan xeyir görən var, bu da tək bir nəfərdir: Nikol Paşinyan. Özü çalıb, özü də oynayır. Amma buna görə də dairədə tək qalıb. Tərəfdarları, ona “ləbbey” deyənlər yavaş-yavaş ondan uzaqlaşırlar. Baş nazirin “Mənim addımım” partiyasından bir qrup ayrılaraq ayrıca partiya yaratmaq istəyir. Xalq onun çağırışlarına məhəl qoymur. Politoloqlar və ekspertlər tənqid atəşinə tutub. Çünki, əməllərinə, siyasi rəhbərliyinə və iqtisadi siyasətinə görə inqilabçı baş nazir boşboğazlıqdan o yana keçə bilmir. Özü isə kef-damaq içərisində yaşamağa başlayır.

Ermənistanda Paşinyanın təmtəraqlı həyatı sevdiyini görür və tənqid atəşinə tuturlar. Siyasi ekspert Tevos Arşakyan “armenianreport.am” saytında yazır ki, yeni hökumətə yolverilməz imtiyazları və gözəl yaşamağı qadağan edə bilməzsən. Sonra isə sual edir: “Ermənistanda bu qədər həll olunmayan problemlər olduğunda büdcə pullarını bahalı səyahətlərə xərcləmək    

Yeni hökumətin yolverilməz imtiyazları və ya gözəl yaşamağı qadağan edə bilməzsiniz çox “təmtəraqlı” deyilmi?

Müəllifin fikrincə, köhnə çürüklənmiş siyasi sistemin parçalanması, korrupsiyaya qarşı mübarizə və gen-bol rahatlıqda yaşayan məmurların imtiyazları, dövlət büdcəsi xərclərinin optimallaşdırılması - mənimaddımım hakimiyyətinin bu şüarları keçən ildən bəri bütün Ermənistanda hamı tərəfindən eşidilir. Etiraf etmək lazımdır ki, onlar ötən il və indi bu il cəmiyyətdə dəstək oyandırdılar və Nikol Paşinyanın reytinqinə əlavə ballar əlavə etdilər. Camaat ondan daha yaxşı şeylər gözlədiyini gözləyirdi və Baş nazir bükülmüş əli ilə bağlandı. Ancaq təəssüf ki, uzun çəkmədi.

Qeyd etmək lazımdır ki, onlar ötən il, bu il və hazırda Nikol Paşinyanı eşidir, onun reytinqinin cəmiyyətdə qalxmasında əsas rol oynayır. Amma xalq ondan gözlədiklərinin tam əksini gördülər: “Biz yaxşı xatırlayırıq ki, Nikol Paşinyan dəfələrlər dövlət məmurlarının səfərlərinin büdcəyə baha başa gəldiyini kəskin tənqid edib. O, məımurlardan və deputatlardan xarici ezamiyyətlər zamanı büdcə pullarından qənaətlə istifadə etməyi tələb edirdi. Baş nazirin bu tələbi ilə razılaşmamaq olmur. Amma reallıqda biz nə görürük? Görürük ki, bu gün hökumət ezamiyyətə ayrılan vəsaitin artırılması üçün büdcəyə düzəlişlər edir. Ehtiyat fonddan 290 milyon dram (təqribən 600 min dollar) vəsait məhz bu məqsədlə ayrılır. Bir fakta diqqət etmək lazımdır ki, bu qərar dördüncü gün hökumətin iclasında müzakirəsiz və yekdilliklə qəbul olunub”.

Maraqlıdır ki, bu məsələdə də Paşinyan əhalini yaxşıca aldadıb. Belə ki, bu il üçün xarici səfərlərin xərci büdcədə 740 min dollar nəzərdə tutulub. Amma sonradan arada məbləğ hissə-hissə artırılıb. İlin sonun bu məqsəd üçün sərf olunan vəsait 2,4 milyon dollara çatdırılıb. Bu yolla baş nazir izi azdırmaq istəyib.

Bütün bunlara görə indi Paşinyanın üzərinə suallar yağış kimi yağdırılır: “Bu nədir - güclü bürokratiya ilə mübahisə etmək istəməmək? Hökumət daxilində əks cəbhənin ağzını bağlamağa çalışmaq? Yaxud da yeni hökumətin, hər şeydən əvvəl Paşinyan və onun arvadının dəbdəbəli həyata sürətlə alışmasıdır?”

Erməni cəmiyyətinin ictimai rəyinə görə, bu, həm ölkə iqtisadiyyatının, həm də əhalinin üzləşdiyi bir çox problemlər fonunda düşünülməmüş və əsassız bir haldır. “Hökumət iqtisadiyyatı yüksəltmək əvəzinə etmək əvəzinə, xarici işgüzar səfərlər zamanı lüks beşulduzlu otellərdə yaşamaq, ən yaxşı restoranlarda yemək və eyni zamanda brend mağazalarda alış-veriş etmək üçün özünə və qohumlarına imtiyazlar tətbiq edir. Belə olan halda acgözlük nümayiş etdirən yeni hakimiyyət  keçmişdən nə ilə fərqlənir?”-deyə, ermənilər bir-birlərindən soruşurlar.
Tevos Arşakyan məqaləsinin sonunda ümumi fikri ifadə edərək bildirir ki, nikolçular əvvəlki rejimin axırının nə ilə qurtardığını unutmamalıdırlar: “Tamahkarlıq heç kimə yaxşılıq gətirir, xüsusilə də bu, talan edilmiş bir ölkədə baş verirsə”.

N.NOVRUZ

 

 

 

 

Sizin Reklam Yeriniz