Əlaqə Arxiv
news Image
2019.10.22
12:23
| A A A
Siyavuş Novruzov: Radikal müxalifət “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Konstitusiyanın maddələrini pozub

Oktyabrın 19-da Bakıda keçirilən qeyri-qanunu aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, Azərbaycanda həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, şəhərin mərkəzində polislə xalq arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi.

Mövqe.az-ın məlumatına görə, bunu Milli Məclisin bugün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, radikal müxalifət oktyabrın 19-da atılan addımlarla “Sərbəst Toplaşmaq Haqqında” qanunu və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Hüquq mühafizə orqanları tərəfindən məsələ araşdırılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.

Deputat deyib ki, hazırda 90-cı illər deyil: “Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasət həyatə keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı- ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir. Bu, Azərbaycanı sevməyən qüvvələri narahat edir”.

Sizin Reklam Yeriniz