Əlaqə Arxiv
news Image
2019.10.22
13:55
| A A A
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Azərbaycan daha bir beynəlxalq konvensiyanı təsdiq edib.

Mövqe.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək. Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə, həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.

Layihə müzakirələrdən sonra çıxarılaraq qəbul edilib.

Sizin Reklam Yeriniz