Əlaqə Arxiv
news Image
2019.11.09
10:00
| A A A
Müxalifətdə patronluq davası dərinləşir
Özündənrazı radikallar elə bilirlər dünyanı yalnız onlar idarə edə bilərlər

Radikal müxaliflərin Müsavat Partiyasında son yığıncağından sonra bu düşərgədə kimin birinci olması məsəəlsi aktulaşşıb. Meydanı yeni sulamağa başlayan Əli İnsanov, AXCP-nin mafioz sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı ayrı-ayrılıqda özlərini bu statusda görür və bu da onlar arasında artıq indidən didişəiyə səbəb olub. Belə ki, Əli Kərimlinin çığallığı çoxdan məlumdur. Bu gün bir söz, sabah tamam başqa səpgili hərəkət, birisigün çığır-bağır, daha sonra hər şeydən imtina bu adamın qalmaqallı xarakterinin daimi cizgiləridir. Amma, nə olsun, bunu kənardan baxanlar görür, özü isə öz gözündə sanki dünyanın şahzadəsidir. Arif Hacılı həmişə yüngül çəkili müxalifətçi obrazında olub və sözünün nə dalı var, nə də qabağı, daley-daleydən başqa əlindən digər iş gəlmir. Əli İnsanov isə özünü dünyagörmüş ağsaqqal sayır, amma ağsaqqallıq institutunun siyasətdə keçərli olmadığını başa düşmür. Yəni, hər üç şəxsin ambisiyaları fonunda “siyasətçi xalqın xidmətində durmalıdır” devizi heçə çevrilib və bu haqda düşünən yoxdur.

Belə olan halda yeni birlikdən danışmağın nə faydası? Əli İnsanov əvvəllər öz partiyasını yaratmaq barədə anons etmişdi. Amma bir neçə ay keçdi, birdən durub gəldi indiyə qədər əsaslı bir nailiyyətə sahib olmayan müxalif partiyaların görüşünə ki, bəs, gəlin birləşək. Demək asandır, birləşmək isə çətin. İndi çətin ki, Əli İnsanovun bu addımına xırdalamayan müxalifətçi olsun. Niyə sualının cavabı isə aydındır. Keçmiş həkim-nazir dar məqamda dərin xəyallara qapılsa da, reallıqda ona təpki verənlərin olmadığını görüb və anlayıb. Buna görə də yaxşı-pis hazır bir siyasi təşkilata daxil olub liderliyi ələ almaq fikrinə düşüb. Lakin müxalifətçilər buna razı olub, imkan verərlərmi? “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!” formulu siyasilər üçün problematik məsələdir. Düzdür, indi dəbdir, hansı səbəbdən olur-olsun məhbəsdə oturub çıxandan sonra siyasətə baş vurmaq keyfiyyətli siyasi mübarizə sayılır. Buna baxmayaraq bu tryukun daxili mənasını hamı bilir. Yəni, hər məhbəsdə yatan siyasətə yaxın buraxılmır. Axı, divan-dərə, cinayət dosyesi var. Başqa bir reallıq da var ki, bu istiqamətdə pul hər şey deməkdir. Əli İnsanov maya qoymaqla başqanlıq arzusunu həyata keçirmək fikrinə düşə bilər. Ancaq bu da təhlükəlidir. Çünki, pulu alıb yeyib, sonrada seçkidən-filandan dəm vuraraq aranı qatmaq müxaliflərin vazkeçilməz vərdişidir.

Əli Kərimliyə pul lazım deyil. Onun pulu var, siyasi biznesi işləyir və pul sayğacı öz işindədir. Onun nəyinə gərəkdir qoca başqan?! Yox, Əli Kərimli ölər, amma sədrliyi əldən verməz. Yoxsa, mühacirət biznesi əldən çıxar, qrant layihələrinə başqaları qol çəkər və sonra da alınmış vəsaitin hesabını aparar. Qətiyyən, başqan yalnız o özü olmalıdır.

Arif Hacılı xüsusi rəhbərlik qabiliyyətinə malik olmadığına görə partiya başqanı seçildiyini yaxşı bilir. Amma seçildikdən sonra başqanlığın necə ləzzətli olduğunu da bilir. İndi gör, ümumi müxalifətə başçılıq etmək necə şirin röyalar doğurar. Buna görə də ələ düşə biləcək bu imkandan heç nəyin bahasına əl çəkməz.

İndi oturub düşünmək olar ki, bu adamların birləşib hansısa bir ümumi iş aparmaq potensialları var, ya yox. Çünki, hər üçü üçün əsas məsələ rəhbərlikdir, siyasi iş yox. Amma çətin ki, bu arzuları həyata keçə. Çünki, müxalifətə rəhbər olmaq üçün ortada siyasi iş olmalıdır. Bu isə yoxdur, yalnız söz və ambisiyalar, bir də biznes var. Bu səbəbdən müxalifətdə yeni didişmə dalğası gözlənilir. Nə olar, onsuz da baş qatmaq üçün bir mövzu olmalıdır, ya yox?

N.NOVRUZ

Sizin Reklam Yeriniz