Əlaqə Arxiv
news Image
2019.11.09
10:15
| A A A
Demokratik dəyərlərə xor baxan müxaliflər
Niyaməddin Orduxanlı: “Radikallar onu görə ölkədə təxribatlara, qarşıdurmaya üstünlük verir ki, Azərbaycanda mövcud olan sabitlik pozulsun, ölkə xaosa sürüklənsin”

Özlərinə sərf edən hallarda demokratiyadan, qanunun aliliyindən danışam radikal müxalifət nədənsə fürsət düşən kimi öz hərəkətlərilə demokratik dəyərlərə arxa çevirmək, qanunları pozmaq, ölkədə qarşıdurma yaratmağa çalışırlar. 

Radikal müxalifətin son addımları da göstərir ki, onlar məhz ölkəni xaosa, təxribatlara sürükləməkdə maraqlıdırlar. Belə ki, müxalifət noyabrın 12-də icazə verilmədiyi halda, Bakı Şəhər İcra Hakimkiyyətin qarşısında piket keçirəcəklərini bəyan etməklə bir daha qanunlara əməl etməyin vacib olduğunu ancaq sözdə bəyan etdiklərini, əmələ gəldikdə isə demokratiya və qanunlara ziddi addımlar atmaq kimi qeyri-sivil metodlarla işləməkdə davam etdiklərini ortaya qoyurlar. Anoloji mövqe oktyabrın 19-da Milli Şuranın qanunsuz aksiya təşkil etmək cəhdi zamanı da özünü göstərdi.

Bütün bu faktlar onu deməyə əsas verir ki, radikal müxalifətin demokratiya, qanunun aliliyi prinsiplərindən dəm vurması sadəcə, insanları aldatmağa hesablanmış addımlardır. Gerçəklikdə isə onlar demokratiya pərdəsi  altında ölkədə təxribat, qarşıdurma, polislə toqquşmaya üstünlük verirlər.   

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da bildirdi ki, radikal müxalifətin bütün strategiyası ölkədə məhz xaos, qarmaqarışıqlıq, təxribatlar törətməyə yönəlib: “Radikal müxalifətin başında dayananlar bu gün hər vəchlə, nəyin bahasına olursa-olsun, ölkədə mövcud olan sabitliyi pozmağa, qarmaqarışıqlıq yaratmağa çalışırlar. Onların bütün strategiyası məhz bundan ibarətdir. Azərbaycanda məhz sabitliyin pozulması üçün hətta qanunların pozulmasına çalışırlar.

Qanunları pozmaq, polis orqanlarına qarşı təxribat törətməklə istənilən vaxt sosial-məişət müstəvisində baş verən hadisəni radikallar siyasi gündəmə daşımaqsda maraqlıdırlar. Məqsədləri də eynidir, nə olur-olsun, təki ölkədə sabitlik pozulsun, qarşıdurma yaransın. Sabitliyin pozulmasında da ona görə maraqlıdrılar ki, radikallara xalq dəstək vermir. Cəmiyyəmizin onlara dəstək vermir. Onun nəticəsidir ki, keçirdikləri hər hansı bir aksiyaya 300-500 adam gəlir. Ora gələnlər də özlərinin yaxın qohumları, pulla gətirilən şəxslərdir. Yəni demək istəyirəm ki, radikallar kütləvi xalq dəstəyindən məhrumdur.  Ona görə də bu qüvvələr qanunları pozmaqda, hərc-mərclik yaratmaqda maraqlıdırlar. Qanunları pozmaqla düşünürlər ki, xalqın ciddi dəstəyini qazana biləcəklər”.

N. Orduxanlının fikrincə, radikalların ölkədə təxribat yaratmalarında xaricdəki Azərbaycanı sevməyən dairələr də maraqlıdır: “Paralel olaraq radikalların təxribat yaratmasında Azərbaycanda çirkin maraqları olan beynəlxalq qüvvələr də maraqlıdırlar. Azərbaycandakı radikal partiyaların arxasında xaricdəki beynəlxalq təşkilatlar, bəzi güc mərkəzləri, xüsusən də erməni diasporası, lobbisi dayanır. Hansı ki, onlar da Azərbaycan dövlətinin dünya miqyasında nüfuzlu, güclü görünməsini istəmir.  O baxımdan da radikallar ölkə daxilində təxribatlara yol açmaqla həmin beynəlxalq təşkilatlar qarşısında guya Azərbaycanda qanunların, hüququn pozulması, sərbəst toplaşma azadlığının təmin edilməməsi, polis zorakılığının olması kimi yalan şayiələr yayırlar”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, radikal müxalifət məhz bu kimi çirkin niyyətli amillərə söykənərək dövlətin imicini korlamaq niyyəti güdür: “Nəticədə onlar həmin beynəlxalq qurumların hesabatlarında Azərbaycanla bağlı mənfi imic formalaşdırmağa çalışır.  Radikallar istəyir ki, beynəlxalq qurumlarda Azərbaycanın adı əsası olmayan belə “pozuntularla” gündəmə gəlsin və bunun ictimai müzakirəsini təşkil etsinlər. Belədə göstərmək istəyirlər ki, guya Azərbaycan hökuməti öz vətəndaşı ilə normal davranmır, sərbəst toplaşma azadlığını təmin etmir”.

Partiya funksioneri düşünür ki, radikal müxalifətin dövlətçilik əleyhinə belə mövqe sərgiləməsində erməni diasporasının da əli vardır: “Məhz erməni diasporasının maliyyə imkanları ilə radikallar Azərbaycanda belə təxribatlara qol qoyurlar. Erməni diasporası da bundan istifadə edərək ermənilərin azərbaycanlılarla guya birgə yaşayışının mümkün olmadığı ilyuziyasını formalaşdırmağa çalışır. O baxımdan da radikal müxalifətlə erməni diasporası Azərbaycana qarşı birgə fəaliyyət göstərirlər. Radikallar uzun illərdir hakimiyyət gəlmək üçün sivil üsulları deyil, məhz bu cürə çirkin, dövlətimizin marağına zidd planları həyata keçirməyə çalışır.

Təəssüf ki, bəzən beynəlxalq təşkilatlar da onların fəaliyyəti nəticəsində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Təxribatlarda, qarmaqarışıqlıq yratmaqda əsas məqsədləri də məhz bundan ibarətdir”.

R. SOLTANOV 

Sizin Reklam Yeriniz