Əlaqə Arxiv
news Image
2019.11.09
10:30
| A A A
Ermənistanda indi də qorxu kabusu dolaşır
“Demokratiya əvəzinə demaqogiya, azadlıq əvəzinə qəfəs” formulu erməni inqilabının əsas missiyası oldu

Cəmi iki il əvvəl Ermənistanda hökm sürən cinayətkarlar hakimiyyəti zamanı əhali kasıb və hüquqsuz olsalar da, güzəranlarının ağırlığı barədə danışa bilirdilər. Amma indi vəziyət 180 dərəcə dəyişib, əhali kasıb və hüquqsuz yaşamaqla bərabər hər gün səhəri qorxu içərisində açırlar. Hakimiyyət xalqı məcbur edir ki, can verə-verə firavanlıqdan dəm vursunlar. Adamlar da buna gedirlər. Çünki, qorxu canlarını alıb.

Ermənistanın İctimai Şurasının noyabrın 7-də keçirilən iclasında şuranın sədri Vazgen Manukyan deyib ki, hazırda ölkədə qorxu atmosferi hökm sürür, çünki aydın deyil kimin yanına gedəsən, kimi saxlayasan, kimi yox: “Əgər əvvəllər korrupsiya ilə mübarizədən danışırdılarsa, indi əqrəblər tamam əks istiqaməti göstərir. Bu, hakimiyyəti tam ələ almaq cəhdidir, mənə heç cür maraqlı deyil ki, köhnələr də belə idi, ya yoxş Mən görürəm ki, biz azadlıq elan edən yox, 37-ci illərin ab-havasına yaxınlaşan ölkədə yaşayırıq”. O bunu da əlavə edib ki, ictimaiyyət bu təmayülə qarşı çıxmalı və hakimiyyətə bu addımların təhlükəli olduğunu bildirməlidir, əks halda biz zəifləyəcəyik.

Düşmən ölkədən gələn xəbərlər təsdiqləyir ki, həqiqətən orada repressiyalar getdikcə artır. Əhali təşviş içində yaşayır və sabahkı günə heç bir inamları qalmayıb. Paşinyanın demokratlığı baş aldatmaqdan başqa bir şey deyilmiş. Həm də bu adam bacarıqsızlığı və milliyyitçı korazehinliyi ucbatından “burnunun ucundan uzağı” görə bilmir. Siyasi naşılıq və hakimiyyət hərisliyi onun başını gicəlləndirib. Bu nvəziyyətə görə Vazgen Manukyan hakimiyyəti hədələməyi də unutmayıb: “Hakimiyyətin “xalq bizimlədir” arqumenti qəbuledilməzdir. Əgər xalqın səsini eşitməsəniz, köhnələr qayıdacaq”.

İctimai Şura sədrinin hədəsi lap uşaqlara uydurulan “xortdan” personajını xatırladır. Amma bir iş var ki, bu personaj uydurma yox, həqiqətdir. Digər tərəfdən yeni hakimiyyətin özü də “xortdan”dan geri qalmır. İndi Ermənistanda tam hərki-hərkilikdir. Xüsusilə, Azərbaycan torpaqlarının işğalında öz cinayətkar əməlləri ilə ad çıxartmış “Erkrapa” könüllü quldur dəstəsinin üzvləri bir balaca narazılıq duyan kimi silaha əl atır, qarşılarına çıxanı güllələyirlər. Sonuncu belə bir hadisə Armavir vilayətinin Karakert kəndində baş verib. “Erkrapa”nın üzvü olan Sapeyan qardaşları heç bir səbəb olmadan sakinlərə atəş açaraq aləmi qarışdırıblar.

Cinayətkarlığı və özbaşınalığın artması iqtisadi fəaliyyətdə də özünü göstərir.  “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, Multi Qrup konserninin başçısı, ölkədə gedən siyasi proseslərdə prodüsser rolunu oynayan milarder Qaqik Sarukyan da hakimiyyəti sərt tənqid edib : “Nikol Paşinyan istəyir ki, investisiyalar axıb gəlsin. Amma bunun üçün hamı çalışmalıdır və bu iş səmərəli molmalıdır. Ermənistanda investisiyalar üçün əlverişli şərait yoxdur ”.  Partiya sədri əlavə olaraq deyib ki, iqtisadi inqilab üçün zəruri şərait olomalıdır: “Onda böyük investisiya axınını təmin edə bilərik. Hələlik isə vergiləri azaltmaq, vahid pəncərə sistemi yaratmaq lazımdır ki, investorlar bürokratik əngəllərdən əziyyət çəkməsinlər. Belə vəziyyət ərəb investorların vəd verdikləri 100 milyon dollarlıq paketi reallaşdırmaq mümkün olmur”. Milyarder bildirib ki, o havayı söz danışmır. İş burasındadır ki, Sarukyan fikirlərini mətbuata yeni müəssisənin açılışı zamanı deyib və həmin tədbirdə baş nazir özü də iştirak edib. Lakin nə faydası, nə siyasi hakimiyyətin, nə də iqtisadi potensialın mövcud vəziyyəti düzəltmək imkanı var. Ermənistan düşdüyü bataqlıqdan çıxmaq gücündə deyil.

N.NOVRUZ

Sizin Reklam Yeriniz