Əlaqə Arxiv
news Image
2019.11.13
09:11
| A A A
Radikalların reallığa uyğun olmayan xəyalları
Bu adamların ölkənin ictimai-siyasi vəziyyətinə və cəmiyyətə yadlaşması onların böyük bəlasıdır

Azərbaycan müxalifətinin yoluxduğu dağıdıcılıq virusu ölkənin mövcud reallıqlarının parametrlərinə uyğun gəlmir. Cəmiyyətin inlkişafı istiqamətində fəaliyyət göstərməli olan siyasi qüvvələr əslində düşmən mövqedən çıxış edir və yerli deyil, xarici motivasiya ilə hərəkət edir. Belə ki, müaliflər, ələlxüsus radikallar yalnız və yalnız öz fikirləri çərçivəsində yaşayır və digərlərinin fikirlərinə ögey münasibət bəsləyir. Mənəmlik iddiası isə demokratik quruculuğun plüralizm istiqamətinə tamamilə yaddır. Prinsipcə, Azərbaycan xalqının demokratik yaşam tərzinə uyğun gələn “məsləhətli don gen olar” kəlamı müxalif zümrəyə nümunədir. Lakin buna əməl etmədiyindən  onların işi cəmiyyətdən uzaqdır və xalqa yaddır. Bu isə onun göstəricisidir ki, radikallar heç vaxt Azərbaycana rəhbərlik edə bilməyəcəklər, ona görə ki, reallıqdan uzaq düşüncələrin daşıyıcılarıdır.

Vəziyyətin belə qeyri-məqbul olmasının səbəbləri, təbii ki, hamı üçün maraqlıdır. Niyə Azərbaycanın radikal müxalifəti ölkəyə yadlaşıb? Bir neçə gün əvvəl xaricdə isti yuva tapmış Sevinc Osmanqızının əldəıqayırma kanalında sinəsini qabardıb danışan AXCP lideri Əli Kərimli radikalların fəaliyyəti haqqında danışanda tez-tez “mən arzularımın həyata keçməsi uğrunda” ifadəsini işlədirdi. Radikalların yadlaşmasının əsas məğzi də məhz bundadır. Radikallar xalqın istək və arzularını yox, öz arzularını həyata keçirmək üçün çalışırlar. Bəs, öz arzuları nədən ibarətdir? İndiyədək mətbuatda bu “arzular” haqda dəfələrlə faktlar yazılıb: Lüks həyat, xaricdə kef çəkmək, ölkədə yüksək vəzifə kreslolarını ələ keçirmək, varlanmaq və sairə. Ambisiyaların hüdudu görünmür və buna çatmayanda müxalif fikirlilər radikallaşır. Təbii ki, rahat həyatı hamı arzulayır. Amma hakimiyyət uğrunda mübarizə aparanlar gərək özlərini yox, ümumi mənafeləri fikirləşsinlər ki, onların sosial bazası formalaşsın. Ancaq xalqın dəstəyini qazana bilməyənlər məcburdurlar başqa yerdən dəstək axtarsınlar. Bu səbəbdən radikallar xarici qüvvələrin tilovuna asan düşürlər. Belə olan təqdirdə, yaşadıqları ölkəninmənafeyini vecinə almayan radikallar xaricdən qrant adı ilə gələn vəsaitlə varlanmaq ehtimalına üstünlük verirlər. Lakin belə pullar havayı verilmir. Sifarişlər, hazır xətt-hərəkət formaları layihə şəklində vəsaitdən əvvəl gəlir və radikalların işinin əsas özəyini təşkil edir. Spzsüz ki, belə layihələr cəmiyyətdə sabitliyi pozmadan həyata keçirilmir. Səbatsızlıq yaratmaq, əhali təbəqələri arasında düşmənçilik toxumu səpmək, xalqı parçalamaq xarici qüvvələrin işinə yarayır və onlara hakimiyyətin ünvanına tənqidi fikirlər söyləmək üçün bəhanələr verir. Təəssüf ki, radikal müxalifət bu incəliyi anlamaq dərdindən uzaqdırlar və öz gözlərində tiri görmədiklərindən hakimiyyətin gözündə tük axtarırlar.

Mitinq davası bu gün radikalların əsas mövzusudur. Guya bunlar şəhərin mərkəzində mitinq etsələr ölkədə vəziyyəti tamamilə dəyişəcəklər. Amma Azərbaycan qayda-qanunun olmadığı hansısa bana dövlət deyil ki, hər yerindən duran nə istəyir onu da etsin. Müxalifət mitinq istəyir, hökumət də ona icazə verib, tədbir zamanı təhlükəsizliyin təmin olunması üçün qüvvədə olan qaydalar çərçivəsində hərəkət edir, yer müəyyənləşdirir. Lakin mitinqin təşkilatçıları bundan imtina edir. Demək, onlara verilən sifariş mitinqə çıxıb müzakirə aparmaq yaxud hansısa layihəyə etiraz etmək və əvəzində daha rasional təklif vermək deyil. Bunlar mütləq aranı qarışdırmaq amacı ilə mitinq edirlər. Bu da yad ünsürlərə məxsus xüsusiyyətdir. Bir də ki, axı, sadəcə gəlib “sən çıx get, mən gəlib sənin yerində oturum” demək, siyasi mübarizə deyil, quldurluqdur. Buna görə  də radkallar cəmiyyətə yaddırlar. Bu zümrənin nümayəndələrinin əksəriyyəti qarşıdan gələn bələdiyyə seçkilərində iştirakdan boyun qaçırırlar. Çünki, qorxurlar. Əmindirlər ki, seçkiyə qatılsalar, xalqa yad olduqları ucbatından onları tam iflas gözləyir.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz