Əlaqə Arxiv
news Image
2019.11.16
07:00
| A A A
Müxalifətin paradoksları
Mühacirlər vətəni nə üçün tərk etməsi və xaricdə necə yaşamalarının əsl səbəbləri üzə çıxır

Azərbaycan müxalifətində paradokslar haqda zaman-zaman yeni faktlar meydana çıxır. Növbəti fakt Almaniyada aşkarlanıb. Heç demə, burada hökuməti əyrilikdə, demokratiyanı, insan hüquqlarını pozmaqda günahlandıran müxalifətçilər əslində, əsl fırıldaqçı imişlər. Musavatdan və digər siyasi partiyalardan olan müxalif fikirli mühacirlər özlərinə qara biznes qurub insanlardan pul qoparırmışlar. Alman polisinin keçirdiyi reydi nəticəsində mühacir biznesi ilə məşğul olan təxminən 10 nəfər azərbaycanlı saxlanılıb və araşdırmalara başlanılıb.

Fakt dəqiqdir. Hadisə Azərbaycanda baş verməyib ki, dərhal poloson qərəzliliyi barədə böhtanlar yağdırılsın. Söhbət Almaniya Respublikasının polisindən gedir, o ölkənin ki, müxaliflər tez-tez bizə nümunə göstərirlər. Amma bu dəfə yaman yerdə axşamlayıblar. Xarici dövlətin polisinə böhtanı necə atacaqlar?

Məsələ belədir ki, vətəni antidemokratiyada, insan hüquqlarının pozulmasında günahlandırıb Avropaya üz tutanların əsl simaları üzə çıxıb. Onlar getdikləri ölkədə işləyərək pul qazanıb həyatlarını qurmaq əvəzinə, işləmədən rahat həyat qurmaq istəyiblər. Başqa ölkələrdən, o cümlədən vətəndən inanlarla əlaqə yaradıb, onlara əziyyətsiz cənnət vədi verərək müəyyən pul müqabilində xaricdə yaşamaq və işləmək icazəsi almağa söz veriblər. Bir neçə min dollara, bəzən hətta 10-15 dollara başa gələn belə saxtakarlıqlar əsasən hökumətə qarşı çıxmaq ideyası ətrafında qurulan ssenari ilə həyata keçirilir. Guya, vətəndaş hökumətin antidemokratik siyasətindən narazıdır, amma bunu deməyə ona imkan verilmir. Səsini çıxardanda isə dərhal türməyə basılır, döyülür, təıhqir edilir və bu səbəblərdən o daha öz vətənində yaşaya bilmir, polisin təhdidindən qurtarıb azad yaşamaq üçün xaricə qaçıb. Bunu isbat etmək üçün yerli siyasi partiyaların birindən möhürlü arayış alınır, mitinq adı ilə aranı qarışdıranda həmin şəxsin qarışıqlıqda çəkilmiş şəkli, hətta polislə əlbəyaxa olub şəkil çəkdirilməsi bu işin dosyüsində tutarlı fakt sayılır. İndi ictimaiyyətə məlum olur ki, siyasi məhbus məsələsi nə üçün müxaliflərin prioritet “mübarizə” sahəsidir. Yerindən duran cinayətkarın siyasiləşdirilməsi də bu məqsədə xidmət edir.

İndi bu biznes faş olub. Heç şübhəsiz, Almaniyada tutulanların Azərbaycanda əlaqəli işlədikləri müxalifətçilər də var. Onlar da müəyyən haqq müqabilində kimlərinsə siyasi məhbus olmaları, polis tərəfindən zorakılığa məruz qalmağı, partiya üzvü olmağı və sairə bu kimi məsələlər üzrə saxta arayışlar tərtib edir və möhürləyirlər. Təbii ki, möhür saxta olmur, guya saxtakarlığa, korrupsiyaya qarşı mübarizə aparan siyasi müxalifətin nümayəndələri saxta məlumatlara həqiqi partiya möhürünü vurmaqla cinayətə əl atırlar və hesab edirlər ki, pul qazanırlar. Əvvələn, düşünmək lazımdır ki, bu cür yola gedənlər hakimiyyətə gəlsələr dövlət və xalq nə günə düşə bilərlər. Saxtakarın dövlətdə nə işi var. İkincisi, axı, bunlar hər halda Azərbaycan vətəndaşıdırlar və vətənin nüfuzuna vurduqları zərbələr haqda düşünmək belə istəmirlər. Halbuki, bu, çox ağır biabırçılıqdır.

Bunlar baş verib və adətən, ləyaqətli cəmiyyətlərdə yaxud təşkilatlarda, son olaraq ləıyaqəti olan şəxslərdə bu hiss ciddi qəul edilir və fərha istefa verilir. Sual: Görəsən bizim gecə-gündüz döşünə döyən müxalif partiyaların, ən çox da Almaniyadakı beynəlxalq cinayətkar dəstə qrupunda tutulanların təmsil etdikləri partiyaların rəhbərlərində bir qram ləyaqət tapılacaqmı ki, istefa versinlər. Axı, bu vəziyyət həm də o deməkdir ki, o, partiyaya rəhbərlik edə bilmir ki, bu cür hallar baş verir. İkinci, daha ağır versiya isə odur ki, həmin rəhbərlərin özləri də cinayətlərin baş verməsində iştirak edir. Amma hər iki halda istefaya getmək siyasi idarəetməınin labüd proseduruna daxildir. Görək, nə olacaq?!

N.NOVRUZ 

Sizin Reklam Yeriniz