Əlaqə Arxiv
news Image
2019.11.16
08:00
| A A A
Bakıdan dünyaya yeni mühüm mesajlar
Milli dəyərlər humanist ideyaların çiçəklənməsi üçün mənəvi kökdür Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti bu gün bütün xalqları və dövlətləri narahat edən beynəlxalq aktual məsələləri müzakirə edib. Müasir dünyada ümumi situasiya çox qarışsa da, gələcəyə gedən yolu işıqlandıran siyasi gedişlər kifayət qədərdir və bu çeşmələrdən biri də Azərbaycanın yürütdüyü siyasətdən qaynaqlanır. Multikultural və multikonfessial dəyərlərin optimal nümunəsinin yaradıcısı olan Azərbaycan xalqının formalaşdırdığı birgəyaşayış formaları indi digər xalqlar tərəfindən öyrənilir və mənimsənilir. Dövlətin apardığı millətlərarası siyasət də məhz xalqın yaratdığı formulun daha da inkişaf etdirilməsinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev xalqdan gələn mənəvi dəyərləri öz mükəmməlliyinə görə yüksək qiymətləndirir və öz siyasətini də bu istiqamətə yönəldir.

Lakin geostrateji maraqlar güdən böyük siyasi qüvvələr öz məqsədlərinə çatmaq üçün insanların inamlarını sındırmaq, təcavüzü həyata keçirmək üçün dini inanclardan saxtakarlıqla istifadə edir, son nəticədə ayrı-ayrı dinlərin daşıyıcılarını günahkar çıxarmağa çalışırlar. Prezident İlham Əliyev dini liderlərin II Bakı sammitindəki çıxışında bu haqda deyib: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər" aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir". Prezidentin toxunduğu məsələ həm siyasətçiləri, həm də ictimaiyyəıti düşündürən ciddi məsələləri ehtiva edir. Belə ki, dünyanı ağuşuna alan yerli və beynəlxalq terrorizm, işğalçılıq siyasəti xalqlar arasında nifaq toxumu səpir, milyonlarla insanın məhvinə səbəb olur. Əvəzində isə məkrli insanlar varlanır, ayrı-ayrı regionlarda nüfuz sahibi olur, digər regionların təbii sərvətlərini talayır, mədəni irsini məhv edir. Daha vaxt çatıb, dünya ictimaiyyəti, milyardlarla insanın inandığı diki liderlərin iştirakı ilə bu cür acınacaqlı vəziyyəti müzakirə edib çıxış yolu tapmaq zamanıdır. Öz təcrübəsinə əsaslanan Azərbaycan böyük müdriklik ifadə edərək bu təşəbbüsdə bulunub, dünya ictimaiyyətini ağrılı məsələlərin müzakirəsinə cəlb edib. Bu istiqamətdə II Bakı sammiti 2008-ci ildən başlamış və beynəlxalq aləmdə "Bakı prosesi" adı ilə məşhurlaşmış mübarizənin tərkib hissəsi kimi çıxış edir. Bu da təsadüfi deyil. Azərbaycan öz milli dəyərləri ilə beynəlxalq aləmdə bir nümunəvi model kimi çıxış edir. Dünyada tanınmış əksər ictimai və dövlət xadimləri ölkəmizdə formalaşmış yaşam tərzinə heyrətlə yanaşır. Müxtəlif dini konfessiyaların, etnik qrupların və millətlərin bir oçaq ətrafında birləşməsi, bir-birinin adət-ənənəsinə nəinki dözümlülük göstərməsi, hətta onları qarşılıqlı surətdə mənimsəyib özününküləşdirməsi analoqu olmayan ünsiyyət və birgəyaşayış formasıdır. Azərbaycan dövlət səviyyəsində beynəlxalq terrorizmdən əziyyət şəkir. Artıq 30 ildir ki, Ermənistan işğal etdiyi Qarabağı bölgəmizi əsarət altında saxlayır. Orada dünyada qadağan edilən terror təşkilatları üçün bazalar yaradılıb, terrorçulara təlim keçilir və sonra da digər regionlara yayılır. Azərbaycan bu terror və təcavüzkar siyasətə qarşı inad və qətiyyətlə mübarizə aparır. Bu gün erməni terroruna qarşı aparılan mübarizə beynəlxalq terrorizmə qarşı gedən mübarizənin tərkib hissəsidir. Xalqlar dinc yanaşı yaşamağı öyrənməlidirlər. Əks halda bədbəxtlik onların başı üzərindən əskik olmayacaq.  Prezident İlham Əliyev xalqımızın dözümlülük əmsalını çox gözəl ifadə edərək deyib: "Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır". İslam dini xalqlar arasında ictimai ab-havanı təbliğ edir. Ona böhtan yapışmaz, çünki dünyanın ən humanist ideyaları zəminində formalaşıb və dövrlə yanaşı inkişaf edir. Sülhə sadiq bir dinin tərəfdarlarına terrorçu damğası vurmaq mümkün deyil. Bütün dünyanı lərzəyə salan "İŞİD" terror təşkilatının İslama heç bir aidiyyəti yoxdur. Bu, sadəcə, geostrateji maraqlar naminə yaradılmış tryukdur. Necə yaradılıbsa, eləcə də tarixin arxivinə gömüləcək. Bakıda toplaşmış üç böyük dinin – İslam, Xristian və Yəhudi dininin nümayəndələrinin məramı məhz Azərbaycandan şölələnən sülh və əməkdaşlıq, tolerantlıq meyillərinin məşəlini sönməyə qoymamaqdır. N.NOVRUZ

Sizin Reklam Yeriniz