Əlaqə Arxiv
news Image
2019.11.19
09:04
| A A A
Sabitlik olmadıqda inkişaf xaosla əvəzlənir
Qonşu Gürcüstanда baş verənlər bunu bir daha təsdiqləyir

Tiflisdə yenidən küçə yürüşləri başlayıb. Yayda baş vermiş kütləvi çıxışların davamı indi gəlir. Çünki, müxaliflərin tələbləri parlamentdə keçməyib. Prinsipcə, hökumət müxalifət təşkilatlarının bir neçə ay əvvəl irəli sürdükləri proporsional seçki sistemini hakimiyyət verdiyi sözə uyğun olaraq parlamentdə müzakirəyə çıxarıb. Lakin səsvermə zamanı lazım olan 113 səs yığıla bilməyib. Layihənin lehinə 101 deputat səs verib. Əleyhinə səs verənlər isə hakim “Gürcü arzusu” partiyasının deputatları olub.

Tiflisdəki Parlament binasının qarşısında 20 siyasi partiyanın nümayəndələri toplaşıb. Onlardan cəmi 100 metr aralıda - Respublika meydanında isə “Gürcü vətənpərvərlər alyansı”nın və “Gürcü marşı”nın nümnayəndələri cəmləşib. Düzdür, yaydakı aksiyaların əksinə olaraq bu dəfə hakim partiyadan başqa bütün dügər partiyalar birlik nümayiş etdirirlər. Lakin bütün hallarda paytaxtın idarə və müəssisələrinin iş həyatı iflic olur, nəqliyyat və xidmət müəssislərinin işi pozulur, bütövlükdə əhali yaranmış hərc-mərclikdən narazı qalır.

Gürcüstan Daxili İşlər nazirliyi əhalini və mitinq iştirakçılarını asayişi qorumağa çağırıb. Nazirliyin telemüraciətində bildirilir ki, öz rəyini bildirmək hər bir vətəndaşın hüququdur, lakin eyni zamanda qayda-qanunu qorumaq hər bir vətəndaşın vəzifə borcudur və bu qaydalar pozularsa, mütləq hər kəs qanun qarşısında cavab verəcək. Artıq dövlət müəssisələrinin fasiləsiz işini təmin etmək üçün çoxlu sayda polis qüvvələri səfərbər olunub. Həmçinin, nümayiş və çıxışlar zamanı da asayişin qorunmasına polis ciddi nəzarət edəcək.

İndi müxalif partiyalar proporsional sistemlə növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas tələb kimi irəli sürürlər. Bunun üçünsə əvvəlcə Konstitusiyaya dəyişiklik etmək gərəkdir. Məlum olduğu kimi, parlament bu dəyişikliyi qəbul etməyib. Müxalifət isə həm də Konstitusiyaya dəyişiklik etmək lüzumunu rədd edir.

Nümayişçilərin sayı məsələsində də ayrı-ayrı mənbələrdən müxtəlif rəqəmlər səsləndirilir. DİN-in məlumatına görə aksiyalarda 5,5 min nümayişçi iştirak edir. Daha 1,5 min şəxs isə “Vətənpərvərlər alyans“ının üzvləridir. Röyter”in məlumatına görə bu rəqəm 20 minə yaxındır. ABŞ-ın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyi dinc nümayişi, qanun və Konstitusiya qaydalarının qorunmasını dəstəklədiklərini bildiriblər. Nümayişçilər hökumətin, başlıca olaraq Bdzina İvanişvilinin istefasını tələb edirlər.

Bununla belə ölkədə qarışıqlıq yaranıb və hələlik bu etirazların nə ilə qurtaracağı məlum deyil. Cəmiyyətdə sabitliyin pozulması bütün hallarda arzuolunan deyil. Mübarizə dinc xarakterdə olmalı, hökumət idarələrinin fəaliyyətinə maneçilik törədilməməlidir. Bu tərəfdən qonşu İranda da insanlar küçələrə axışıb, nümayişlər ölkəni başına alıb, polislə nümayişçilər arasında ciddi qarşıdurma yaranıb. Ermənistanda isə nümayişlər hər gün baş verir, çünki hökuməıt xalqa yox, mafiozlara xidmət göstərir. Bu fonda sabitlik və əmin-amanlıq hər bir ölkənin inkişafında böyük rol oynayan atributdur. Gürcülər yayda da Rusiya əleyhinə aksiyalar keçirmişdilər. Amma axırı nə qazandılar? Ölkəyə turist axını azaldı, büdcə yüz milyonlarla dollar vəsait itirdi və turizmdən qazanc götürən vətəndaşların sosial vəziyyəti xeyli ağırlaşdı. Təbii ki, insanların öz fikirlərini bildirmələri vacib amildir, amma sabitliyi pozmaq hesabına yox. Əks halda cəmiyyət, xalq və dövlət geri düşür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz