Əlaqə Arxiv
news Image
2019.11.19
14:44
| A A A
Ziyafət Əsgərov: İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün vahid məhkəmə təcrübəsi tətbiq edilməlidir

İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmə qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun.

Mövqe.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O bildirib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər ki, bu da nəticədə müəyyən narazılıqlara səbəb olur.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağıl məsələyə də toxunub: “Gəlin, bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunları alqışlamaq və səs vermək lazımdır”.

Sizin Reklam Yeriniz