news Image
2019.11.19
18:00
| A A A
Azərbaycan və Qazaxıstan Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradır

Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov "TransCaspian Fiber Optic" (TCFO) layihəsinin - Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması səbəbilə Aktau şəhərində keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Bu barədə Mövqe.az-a Qazaxıstan baş nazirinin saytına istinadən məlumat verir.

Qitələrarası layihə olan TCFO Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq. Xəzər dənizinin dibi ilə 380-400 km uzunluğunda kabel çəkilməsi işləri "Transtelecom", "KazTransCom" və Azərbaycanın rabitə operatoru "AzerTelecom" tərəfindən həyata keçiriləcək. FOCL 2021-ci ilin sonunadək istifadəyə veriləcək və o, azı 4-6 terabit/san məlumat ötürücülüyü qabiliyyətinə malik olacaq.

"Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır. Dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri Qazaxıstanın ilk Prezidenti - Elbası Nursultan Nazarbayev, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Elbasının xarici siyasət kursunu davam etdirərək Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və dərinləşməsinin xüsusi önəm verir", - A.Mamin deyib.

Qazaxıstan hökumətinin başçısı qeyd edib ki, TCFO birgə layihəsi yüksəksürətli və təhlükəsiz məlumat ötürülməsi infrastrukturunun daha da yüksək inkişaf səviyyəsinə çatmağa, aparıcı Avropa-Asiya magistral marşrutları sırasına daxil olmağa və məlumat ötürülməsi sahəsində dünyada layiqli yer tutmağa imkan verəcək.

A.Mamin və Ə.Əsədov iki ölkə arasında ticar-iqtisadi, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.

money.az currency