Əlaqə Arxiv
news Image
2019.11.20
09:01
| A A A
“Mühacir alverində”AXCP daha güclü zərbə alacaq
Qalmaqal böyüyür, gizlinlər açılır

Radikal müxalifətin Avropada məskən salmış qruplarının əməlləri üzə çıxdıqca müxalif cinayətkarların ifşası da güclənir. Uzun illərdir ki, Azərbaycan müxalifətinin əxz etdiyi cinayət əməlləri barədə mətbuatda materiallar dərc olunub. Amma indiyədək bu faktlar sənədlərlə təsdiqlənib məhkəməyə çıxarılmayıb. Budur, artıq danışılan ümumi sözlər polis tərəfindən aşkar edilmiş faktlarla təsdiqlənib. Musavat partiyasının Almaniyada qol-qanad açan mühacir biznesinin əsas təşkilatçıları iş başında yaxalanıblar. 7 nəfər azərbaycanlı müxalifətçi istintaq altına düşüb və məhkəmənin qərarı ilə onlar haqda 6 aylıq həbs qəti imkan tədbiri görülüb.

Beləliklə, illər ərzində qurulmuş biznes şəbəkəsinin çöküş prosesi başlayıb. Hadisə baş verəndən bir neçə gün sonra Avropadan bu mövzuda yeni xəbərlər axını işə düşdü. Müsavat başqanının Almaniyada 340 min manatlıq evi ortaya çıxdı. Azərbaycanlı jurnalist Yafəz Əkrəmoğlu müxalif partiya liderlərindən birinə məxsus olan və Almaniyada yerləşən mənzilinin fotolarını yayıb. Jurnalist fotonun qeyd bölməsinə bu sözləri yazıb: “Dostlar, kim deyә bilәr, Almaniyanın Köln şәhәrindәki bu binanın axırıncı mәrtәbәsindәki balkonlu mәnzil hansı müxalifәtçi Azәrbaycan siyasәtçisinә mәxsusur? İpucu verirәm: Bu mәnzilin alınmasında mühacir alverindә әldә olunan pulların böyük rolu var. Evin qiymәti 180 min avrodur (338512 manat). Aylığı 830 avroya kirayә verilib”. Jurnalistin bu sözlərindən mənzilin Müsavat Partiyasının başqanı Arif Hacılıya məxsus olduğu təəssüratı yaranır. Sosial media istifadəçiləri də rəylərdə mənzilin Arif Hacılıya məxsus olduğunu təsdiq edib.

Daha sonra isə Avropada yaşayan gənc fəal Nahid Cəfərov Müsavat Partiyasının “mühacir alveri” qalmaqalından danışarkən deyib: “Getdikcə həm çəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”. O, əlavə olaraq AXCP üzlərinə mesaj da ünvanlayıb: “Əziz bəzi cəbhəçilər, bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutdunuz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz”.

AXCP-də baş verən naqisliklərin başında partiyanın sədri Əli Kərimlinin durması hamıya məlumdur. Çünki, onun mühacir və siyasi məhbus biznesinin inkişafı saxta mitinqlər üzərində qurulub. Belə tədbirlərdə isə əsasən aldadılmış insanlar iştirak edir. Hətta müxalifətin içərisində olan digər şəxslər də bu vəziyyəti bilir və narazılıqlarını dilə gətirirlər. N.Ordyxanlı bu haqda deyib: “Təbii ki, Əli Kərimli düşünülmüş şəkildə xaricdən aldığı dəstəklə təxribatlar yaradıb Azərbaycanda gərgin vəziyyət olduğunu göstərmək istəyir. Çünki, məşğul olduğu biznesin tələbidir bu. Əli Kərimlinin 3 övladı var, 3-ü də xaricdə yaşayır, hətta biri hərbi xidmətdən yayınıb, fərarilik edir. Öz uşaqlarını xaricdə yaşadan Əli Kərimli başqalarının övladlarını öyrədərək təxribata sürükləyir”.

Ə.Kərimlinin adı müxalif, özü mafiya olan dəstəsini ifşa edən yeni faktlar sosial şəbəkələrdə yayılıb. Bir neçə il əvvəl oğlunun London kimi bahalı şəhərdə restorandakı kef məclisindən şəkilləri sosial şəbəkəni və qəzet səhifələrini bəzəmişdi. Cəbhəçilərin çoxu bu kef məclislərində xərclənən pulların mənbəyindən xəbərsizdir. Çünki, xəbərləri yoxdur ki, bu adamın geniş biznes şəbəkəsi var: mühacir biznesi. Bu müddət əvvəl Almaniyada mühacir olan və sosial şəbəkələrdə “Əli Oğuz” kimi tanınan Əli Həsənəliyev Facebook profilində video paylaşaraq belə yazıb: “AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Utanmadan alkaşlıq edib, mahnı qoyub kef məclisi qurur”.

Musavatdan başlanan açılışın AXCP-də yekunlaşacağı haqda bəri başdan mülahizə yürütmək olar. Ona görə ki, cinayətkarların vətəni olmasa da, pul hərisliyi və getdikləri yol eynidir. Onlar milli birlikdən uzaq olsalar da, cinayətkar əməllərdə yaxşı birlik nümayiş etdirirlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz