Əlaqə Arxiv
news Image
2019.11.20
09:30
| A A A
Tramp: ABŞ Səudiyyə Ərəbistanında öz hərbçilərinin sayını artıracaq
ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək. Mövqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda deyilir. Məktubda bildirilir: "Səudiyyə Ərəbistanında əlavə qüvvələr yerləşdirmək barədə qərar verilib. Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın həftələrdə bu ölkəyə göndəriləcək. Bununlada, ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı təxminən 3 min nəfər təşkil edəcək".
Sizin Reklam Yeriniz