news Image
2019.11.21
08:59
| A A A
“Mühacir biznesi” biabırçılığına görə müxaliflət xarici diplomatlarа minnətçi düşür
Bu məsələ ilə əlaqəli partiyaların rəhbərləri hər nə bəhanə gətirsələr də, məsuliyyətdən qaçmaq çətin olacaq

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada miqrantlara qarşı həyata keçirilən əməliyyat və Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlarla bağlı noyabrın 19-da keçirdiyi mətbuat konfransında məsələnin araşdırılacağını bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası mühacir problemi ilə bağlı ona qarşı irəli sürülən bütün ittihamları araşdıracaq. Bu məqsədlə dörd nəfər partiya funksionerindən ibarət (Nemət Kərimli, Osman Kazımov, Səxavət Soltanlı, Fərəc Kərimli) komissiya yaradılıb. Komissiya Müsavat Partiyasının üzvlərindən kiminsə bu işdə günahlı olduğunu müəyyən edərsə, həmin şəxs cəzalandırılacaq. Bu, daldan atılan daş deyilmi?! Axı, bir neçə ay əvvəl artıq belə cinayətkar şəbəkələr haqda partiyaların nümayəndələri hüquq-mühafizə orqanları tərəfindən dindirilmişdi. Niyə, həmin siqnaldan lazımı nəticə çıxarılmayıb? Almaniyada ifşa olunan şəbəkənin üzvləri Musavat partiyasının üzvləridir.

İndi partiyanın sədri iddia edir ki, onlar partiyanın heç bir üzvünə xaricə qaçmağı tövsiyə etməyib. Yaxşı, belədiрsə, onda tövsiyə etmədikləri halda nə üçün həmin adamların partiyanın adından Avropada danışmalarına icazə verilir? Heç olmasa, bircə dəfə Musavat partiyasının rəhbərliyi yaxud hansısa müvafiq qurumu Avropada oturub sosial müavinət hesabına vaxt keçirən ( daha doğrusu, ömrünü bada verən) bir üzvünə iradını bildiribmi, partiyadan xaric edimbi? Əksinə, onları bəh-bəhlə fetişləşdirib, adlarını pafosla çəkiblər, xaricdə siyasi iş aparan qəhrəmanlar kimi təqdim ediblər. Bu isə ən təsirli təbliğatdır. Heç kimə “çıx vətəndən get” demirlər. Təbliğ edirlər ki, vətəndən gedib siyasi mühacirlərin sayını artırsınlar və sonradan xaricdə partiyanın mənafeyini müdafiə etsinlər. Müdafiə isə ondan ibarətdir ki, öz dövlətlərinə böhtan atmaqla onun mənfi imicini yaratsınlar və vətəndəki müxaliflərin guya təqib edilib sıxışdırılmaları barədə təsəvvrləri gücləndirsinlər. Nəticədə, həm pul ödəyib xaricə qaçanların sayı artacaq, həm də xaricdən qrant almaq üçün əldə əsas olacaq.

Amma vəziyyət dəyişib. Xarici ölkələrin siyasi dairələri Azərbaycandakı situasiyanı yaxşı bilirlər. Ölkənin inkişafı və perspektivləri haqda onlarda müfəssəl məlumat var. Musavatın başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli xarici diplomatların, konsulların arxasınca qaçıb onlardan Almaniyadakı biabırçı faktlara görə yardım almaq niyyətindədirlər. Ala biləcəklərmi?! Artıq xaricilər də radikalların iç üzünü yaxşı bilirlər. Bir də ki, onlar Azərbaycan həqiqətlərini yaxşı qavrayırlar. Onu da bilirlər ki, daha əvvəlki zaman deyil. İndi Azərbaycan hakimiyyəti gördüyü işi qiymətləndirməyi bacarmayanlara kifayət qədər adekvat cavab verməyi bacarır. Ölkənin real gördüyü işlər, beynəlxalq imici, demokratik istiqamətdə apardığı quruculuq işləri və qloballaşma prosesinə verdiyi töhfələrlə bu hüququ əldə edib.

Əli Kərimlinin başı dərd içindədir. Çünki, əvvəlki qaydada qrantlar əldə edə bilmir. Ölkədə aranı qarışdırmaq üçün etdiyi son bir neçə cəhd ciddi uğursuzluğa düçar olub. Meydana 100 min adam çıxarmağı düşünən bu başabəla radikal elə günə qalıb ki, heç 1000 nəfəri də başına toplaya bilməyib. Bu isə xarici sponsorların ondan üz döndərməsinə gətirib çıxarıb. Artıq Azərbaycan cəmiyyətində radikal müxalifətdən bir görünüş qalıb-arzu olunanı həqiqət kimi qələmə vermək. Əli Kərimlinin sinəsini qabardaraq pafoslu danışmağı daha effekt vermir, çünki əhali onun yalanlarını çox görüb və usanıb. Onun və ətrafının tragikomediyaları ifşa olunub və bu zümrə xalqın etimadını birdəfəlik itirib.

N.NOVRUZ

money.az currency