Əlaqə Arxiv
news Image
2019.11.21
12:23
| A A A
Əli Əhmədov: "İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq"

"Yeni Azərbaycan Partiyası 26 ildən çoxdur ki, şərəflə, Azərbaycan xalqına ləyaqətlə xidmət edir".

Mövqe.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, YAP-ın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub:

"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də, Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtidar partiyasına çevrildi. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi Yeni Azərbaycan Partiyası ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşları var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaqdır. Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər".

Sizin Reklam Yeriniz