Əlaqə Arxiv
news Image
2019.12.03
09:42
| A A A
Müxalifət yerində sayır, amma nə saydığını özü də bilmir
Belə getsə heç nə, müxalif düşərgə dəyişilmək istəmir, hətta bu zəruri olsa da...

Bu gün aydın görünür ki, Azərbaycanda heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. Müxaliflər deyə bildiklərini deyiblər, bacardıqlarını ediblər, ancaq uzun illər ərzində cəmiyyət daxilində hər hansı bir səmərəli təşəbbüsə, işə, layihəyə nail ola bilməyiblər. Bu bir yana, bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Məsələ də bundadır. Azərbaycan müxalifəti siyasi işi böhtan atmaqda görür. Bu səbəbdən düşdüyü tənəzzül burulğanından qurtula bilmir.

Müxalif düşərgənin uğursuzluğu başlanğıc fəaliyyətindən formalaşmış mübarizə metodikasına görə indi belə çıxılmaz vəziyyətdədir. Sivil mübarizə metodlarının tətbiqi əvəzinə vurub dağıtmaq və ələ keçirmək taktikası əslində Azərbaycan müxalifətini siyasi təşkilat olaraq kənara atmış olur. Çünki, siyasi partiyaların nailiyyətləri demokratik əsasda seçkilər vasitəsilə reallaşmalıdır. Bu çətin və sınaqlarla dolu, eyni zamanda savad və bacarıqla başa gələn məsələdir.  

Azərbaycan müxalifəti radikal, siyasiləşdirilmiş dini qruplarla da təmas qurur, onlara müraciət edərək tərəfdaşlıq etmək istəyirlər.  Eyni zamanda özlərini “ziyalı” adlandıran müxaliflərin bu cür fəaliyyəti heç cür anlaşılan deyil. Hətta müxalif qruplar gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. Nə qədər acınacaqlı olsa da, nə edəsən ki, bu bir reallıqdır. Məsələn, bir neçə il əvvəl facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin ictimai rəydən uzaq mövqeyi təəccüb doğurmuşdu və cəmiyyət bu çağırışları edənləri heç cür qəbul etmirdi və təcrübə bunu göstərdi. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki qanunla qorunan ictimai asayişi pozmağa yönəlmiş belə çağırışlar dövlətçilik üçün təhdidlər yaradır. Məhz həmin dövrdə dövlət təhlükəsizliyi və hüquq-mühafizə orqanları tərəfindən planlaşdırılan cinayətin üstünün açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir.

İndi xaricdə məskən salıb sosial şəbəkələr vasitəsilə ölkədə dağıdıcılıq törətmək barədə çağırışlar edən bir qrup radikal müxalifətçi də eyni yol ilə gedir. Düzdür, onlar güclü Azərbaycana hər hansı bir təhlükə törətmirlər. Amma cəmiyyətdə mənəvi ajiotajın yaranmasına, gənc nəslin inkişafının ləngiməsinə təsir edə bilirlər. Bu fakt da müxalifətin tənəzzülünü göstərən səbəblərdən biridir. Çünki, uzaqdan ağıza gələni danışmaq daha asandır, amma irəliləmək üçün atılan addım deyil. Belə fəaliyyət yalnız aranı qarışdırmaqdır və nə daxildə, nə də xaricdə təqdir olunur. 

Hətta müxalifətin başı bataqlıqda elə qarışıb ki, ölkə əhalisinin tam əksəriyyətini təşkil edən sağlam gəncliyin, dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyən, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəyək qüvvnin varlığını duymur. Çünki, durğunluqdadır və bu vəziyyətdən çıxıb-çıxmayacağı sual altındadır. Çünki, siyasət həmişə xalqdan güc alır. Xalqın arzularını, gündəlik həyatını əks etdirməyən siyasətin axırı həmişə tənəzzülə uğrayır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz