Əlaqə Arxiv
news Image
2019.12.07
11:14
| A A A
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni gəlişmələr

"Azərbaycan vasitəçilərdən münaqişənin həlli üçün əsas kimi bu məqsədə dəstək vermələrini və öz mandatlarına uyğun olaraq ciddi şəkildə fəaliyyət göstərmələrini gözləyir"

Bu günlərdə ATƏT 26-cı Nazirlər Şurasının Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş iclasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gedib və Azərbaycan nümayəndə heyəti kifayət qədər açıq, real və perspektiv potensiala malik təkliflərlə çıxış edib. Bu təkliflər o zamana təsadüf edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün iqtisadi, siyasi, hərbi və mənəvi imkanlara malikdir. Nədir bu imkanlar?

İlk növbədə, ölkəmizin iqtisadi və siyasi gücünün yüksək səviyyəyə qalxması, regionda liderlik missiyasi qazanması və beynəlxalq meydanda öz boyuna uyğun söz sahibinə çevrilməsini qeyd etmək lazımdır. Baxmayaraq ki, Azərbaycan ərazisi və əhalisi baxımından iri dövlətlərdən geri qalır, regionda həyata keçirilən iqtisadi-sosial layihələrin tətbiqi və geostrateji məqsədlərin həllində onun iştirakı mütləqdir. Bu, istək yaxud güc hesabına deyil, dövlətimizin qazandığı imicin sayəsində baş verir. Azərbaycan heç kimi yardımına möhtac deyil, amma digər dövlətlərin onun yardımına ehtiyacı var. Yəni, Azərbaycan regionda ən güclüdür və liderlik missiyasını şərəflə yerinə yetirir. Bu konteksdə düşmən Ermənistanla müqayisə aprmaq olduqca gülünc görünür. Çünki, işğalçı olmasına baxmayaraq, bu cırtdan dövlətin Azərbaycan kimi güclü dövlətə qarşı təcavüzkar davranışı yalnız kənar qüvvələrin hesabına davam edir. Lakin bu qüvvələırin də halqası getdikcə daralır və Azərbaycanın ardıcıl diplomatik zərbələri yaxın vaxtlarda həmin qüvvələrə sarsıdıcı zərbə vurmağa yaxındır.

Belə bir siatuasiyada baş titan Bratislava görüşündə Qarabağ münaqişəsinin həllində iştirak edən və etmək arzusunda olan dövlətlərin nümayəndələri qarşısında ölkəmizin nümayəndə heyətinin diktəedici tonda təkliflərlə çıxış etməsi normal və şəraitə uyğun sayılmalıdır. Belə ki, bizim XİN rəhbəri Elmar Məmmədyarov çıxışında xəbərdarlıq ruhunda ifadələr işlədib: "Azərbaycan vasitəçilərdən münaqişənin həlli üçün əsas kimi bu məqsədə dəstək vermələrini və öz mandatlarına uyğun olaraq ciddi şəkildə fəaliyyət göstərmələrini gözləyir".

Bu sözlərdə ifadə olunan bir nüansa diqqət yetirmək gərəkdir: Azərbaycan vasitəçilər ümid bəslədiyini demir yaxud onlardan kömək ummur, sadəcə, mandatlarına uyğun dəstək istəyir. Qalan nə iş varsa, özü göeməyə qabildir və bunu görəcək. Başqa sözlə, Minsk qrupu üzvlərinə və həmsədrlərinə xəbərdarlıq edilir ki, işinizlə ciddi məşğul olun, əks halda biz özümüz hər şeyi edəcəyik.

Məsələ burasındadır ki, Bratislava görüşündə TDƏŞ-ı qonaq qismində iştirak edib və bu təşkilatın Qarabağ münaqişəsinin həllinə göstərdiyi maraq və birmənalı münasibət də hazırkı əhval-ruhiyyəyə təsir edib. E.Məmmədyarov bu haqda deyib: "Fürsətdən istifadə edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını ATƏT Nazirlər Toplantısına qonaq qismində dəvət etdiklərinə görə Slovakiya sədrliyinə minnətdarlığımı bildirmək istəyirəm. Biz qəti şəkildə əminik ki, hərtərəfli regional əməkdaşlıq mexanizmi kimi Türk Şurasının ATƏT-in işində fəal iştirakı hər iki təşkilatın ortaq məqsədlərinə nail olmağa öz töhfəsini verəcək". Bu, Azərbaycan diplomatiyasının yeni uğurlu gedişidir. Çünki, TDƏŞ getdikcə müstəqil beynəlxalq qüvvəyə çevrilir və digər dövlətlər bunu nəzərə almaya bilməzlər.

Azərbayanın XİN rəhbəri toplantı iştirakçılarının etiraf etdiyi "beynəlxalq hüquq normalarına və ATƏT norma və prinsiplərinə əməl olunmaması Ümumavropa təhlükəsizlik arxitekturasında davam edən böhranın birbaşa səbəblərinin arxasında dayanır" fikrini xatırladaraq təşkilatın sədri Layçakın "ATƏT-in prinsipləri və öhdəliklərinin yenidən müzakirələrə açıq olmadığı və ATƏT məkanı boyunca insanlar üçün sabitliyi möhkəmləndirmək və münaqişələrin qarşısını almaq istiqamətində işimizin əsasını təşkil etməkdə qalmalı olduğu" barəsində müraciətinə qoşulduğunu bildirməklə beynəlxalq hüquq və normalara Ermənistanın etinasızlığını göstərib: "Helsinki Yekun aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə şərtsiz hörmət heç bir istisna, ikili standart, coğrafi və ya digər imtiyazlar olmadan bərpa edilməlidir. Bu ikili standartlar mövcud olana qədər, ATƏT – bu məqsədlə nə qədər qərarlar qəbul etməyimizdən, sözlər verməyimizdən asılı olmayaraq – münaqişələrin qarşısının alınması və həlli üçün təsirli bir mexanizm olmaqdan uzaq olacaqdır".

Belə sərt və aydın, həm də hüquqa söykənən mesajlar fonunda yeni görüşlərə gedilməsi barədə razılığa gəlmək qanunauyğun nəticədir. Üstəlik, bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya uğurlu səfəri, səfərin xoş təəssüratları altında Sergey Lavrovun İrəvana və daha sonra Azərbaycan gəlməsi, yüksək siyasi rəbərliyin qəbulunda olması da Bratislava toplantısından sonra irəliyə doğru hansısa müsbət addımların atılmasını şərtləndirib. Buna görə də münaqişə tərəfləri arasında yeni görüşlərin razılaşdırılmasının özü razılıq doğuran əlamətdir. Bəlkə də bundan sonrakı görüşlərdə elə məsələlər müzakirə olunacaq ki, Bratislava toplantısı Qarabağ münaqişəsinin həlli yolunda tarixi dönüş nöqtəsi olacaq. Əks halda təcavüzkar Ermənistan Azərbaycanın qarşısında ağır duruma düşəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz