news Image
2019.12.07
11:44
| A A A
Əli Kərimlinin “instaqram” macərası sona yetir

Bu radikal şəxs  uşaq kimi virtual şəbəkə “dəli”sidir

AXCP sədri özünün “haqq-ədalət” davasında virtual şəbəkənin bütün növlərindən “prob snimat” etməklə özünün mənası bilinməyən mübarizəsinə davam edir. Bu dəfə ermənisayaq taktika seçən “böyük” radikal gülməli tryuklarda bulunur. Payız mitinqlərində ağzı yanan Əli Kərimli parlament seçkilərində də avsaytda qaldı. Özünə qalsaydı, qalmazdı, onu geri salan sosial dayaqdan məhrum olması oldu. Özünün iddia etdiyi kimi guya “boykot”a getdi, amma bilənlər bilir, bilməyənlər də bilsinlər ki, boykot-filan bəhanədir, parlamentə seçilə bilməyəcini yəqinləşdirdiyindən bu yolu seçib. Bu öz yerində, amma situasiya onun taktikasına təsir edib və yeni həmlələrə girişib.

Bu dəfə ermənilərin özünü cəfakeş və daim təqiblərə məruz qalan tək yazıqlıq sindromuna bürünüb cəmiyyətin rəğbətini qazanmaq cəhdində də Əli Kərimlinin qarşısına ciddi maneə çıxıb. Belə ki, o, virtual aləmdə izləyicilərə müraciət edərək özünün “instaqram” səhifəsinin başlanması barədə fəryad qoparıb. Əhalini onu dəstəkləməyə çağırıb. Milliklikdən uzaq “Milli Şura” adlı qurumun liderlərindən olan Əli Kərimli facebook-dakı hesabında “instaqram” hesabının bağlanmasını bildirib: “Çoxsaylı şikayətlərdən sonra profilim üçüncü dəfə bloklandı”- deyə, səhifədəki şəbəkə trolllarının əsas lideri şikayətlənib və sonra bu şaqraq gənc məzəlilik edərək hər kəsi ... ona abunə olmağa çağırıb! Kərimli bu çağırışına görə ya həqiqətən nə baş verdiyini anlamayıb, ya da virtual aləmdə qoyulan qadağanın məzmunundan bixəbərdir.

Məsələ burasındadır ki, İnstaqram bir şəxsin profilində “kütləvi hücum”un baş verdiyini göstərmir. Əli Kərimlinin bu məlumatları haradan aldığı bəlli deyil, əgər hesabların alınması, səhifəni rədd etmək qərarının niyə verildiyini izah edən bir bildirişdirsə, Kərimli bu instinktiv məlumatı açıqlamır, bu səbəbdən dediklərinin uydurma hücum olduğu aydınlaşır.

Məsələnin məğzi çox sadədir. Radikal müxalifət sosial şəbəkələrdən öz yaramaz məqsədləri üçün çox fəal istifadə edir, yalanlar, nifrətlər yayır və şəbəkə üzvləri arasında öz tərəfdarlarını  inkişaf etdirməyə çalışır. Bu yaxınlarda Mark Zuckerberq saxtakarlıq və “layk”larla əlaqəli yeni qaydalar tətbiq etməyə başladığı üçün bu saxta tərəfdarların gec-tez necə bitəcəyi məlumdur. Əli Kərimli və tərəfdarları buvaxtadək istədiklərini yazır və söyləyir, hakimiyyətə nifrət və böhtan yağdırmaqla məşğul olurdular. Hətta qızışaraq isterik vəziyyətdə dövlət əleyhinə kütləvi narazılıq yaratmağa, hakimiyyətin bütün qollarını nüfuzdan salmağa da cəhd göstərirdilər. İndi isə Facebook sosial şəbəkəsi rəhbərinin tətbiq etdiyi yeni sistemin heç vaxt sosial şəbəkələrin qaydaları və istifadəçi razılaşmalarını oxumayan Kərimlini küncə sıxışdprması təəccüblü deyil. Buna görə də haray-həşir qoparır. Yeni qaydalara görə yalan yazmağa və şər yaymağa görə sosial hesablar bağlanır.

Bu səbəbdən də radikalların virtual aləmdəki hesablarının “başı ağrıyır”. Artıq radikalların tərəfdarları bu qaydaları dərk etməyə başlayıb. Çünki, yaratdıqları saxta profillər bir-bir bağlanır, nəticədə isə Əli Kərimli təklənir. Çünki, xalqın gözünə “kül üfürmək” üçün formalaşdırdığı saxta tərəfdaşların sayı sürətlə azalır, “torbadakı pişik” üzə çıxır. Bu isə fəlakət deməkdir. Daha sponsorları da süni populyarlıq iddiası ilə aldatmaq mümkün olomayacaq. Demək, qrantların ayağı kəsiləcək, müftə pulla gələn şan-şöhrət və dəbdəbəli həyat yoxa çıxacaq.

Alman polisi “mühacir biznesi”nə zərbə vurdu,  Mark Zuckerberq virtual aləmdəki saxtakarlığı ifşa etdi, AXCP-nin üzvləri arasında canı boğazına yığılan neçə nəfər sədr Əli Kərimlinin üzünə mənfi əməlləri çırpdı. Daha nə lər baş verməlidir ki, bu adam bitmiş olduğunu anlasın və yerini gənc müxalifətçilərə versin.

N.NOVRUZ