Əlaqə Arxiv
news Image
2019.12.10
08:06
| A A A
Zəmanənin böyük lideri
Prezident İlham Əliyevin uğur təntənəsinin ən qiymətli cövhəri ona xalqın böyük rəğbətinin yaranmasıdır

Bir neçə gün əvvəl neçə illərdir ki, söhbəti gedən Cənub Qaz Dəhlisi layihəsinin əsasını təşkil edən TANAP qolunun Avropaya çatdırılması həyata keçdi. Bu əlamətdar hadisə ilə bağlı Türkiyənin Avropa qapısında keçirilmiş təntənəli mərasimə bir çox dövlətlərin nümayəndələri toplaşmışdılar. Qonşu Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili də bu layihədən yararlanan ölkəsinin fikrini ifadə edərək deyib ki, TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir: “Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

Uğurlu lider olmaq, təbii ki, bir layihənin reallaşmasına görə mümkün deyil, bu, missiyanın daşıyıcısı müəyyən dövr üçün xeyli sayda layihənin gerçəkləşdirilməsində göstərdiyi fövqəladə fəaliyyətinə görə liderlik mövqeyinə yüksələ bilər. Azərbaycan Prezidentinin gördüyü işləri, göstərdiyi siyasi iradəni və iqtisadi strategiyanı araşdıranda bunu  məhz deyildiyi kimi olduğu meydana çıxır.

Salome Zurabişvilinin dediyi fikirlər, həm də yalnız Gürcüstan üçün deyil, ümumiyyətlə beynəlxalq aləmdə rəhbərlik funksiyasının nümunə timsalını əks etdirir. İlham Əliyev Azərbaycanda prezident seçiləndə regionda və ölkədə ictimai-siyasi sabitlik üçün real təhlükə yaranmışdı. Bizim Qafqaz ölkəmizə zəngin dövlətçilik təcrübəsinin olduğu ailədə böyümüş yeni kadrın rəhbər seçilməsi heç də xarici siyasi dairələrin hamısının ürəyincə deyildi. Onlara daha şox marionet insan gərək idi ki, istədikləri istiqamətə yönəldə bilsinlər. Həm də ölkənin təbii resurslarının işlədilməsində və bölüşdürülməsində diktəedici rola yiyələnsinlər. Bu niyyətin nəticəsi idi ki, məkrli qüvvələr bütün istiqamətlərdən Azərbaycanı sıxmağa çalışır, onun yeni rəhbərinin gənc olmasına ümid edərək ölkəmizdə və regionda istədikləri siyasəti yürütməyə çalışırdılar. Gah Azərbaycanı siyasi avantürizmə çəkir, ölkədə siyasi məhbus problemini ifrata varır, gaj geosiyasi məqsədlərə görə nəyəsə etiraz edir, gah da iqtisadi layihələrin boynuna qeyri-səmərəlilik sindromu keçirərək həyata vəsiqə almasına mane olurdular. Xüsusilə, iqtisadi layihələrin bolluğu və sanballı olması həmin qüvvələri qorxudurdu.

Avropanın böyük enerji layihəsi olan NABУCCO hamının yadındadır. Bu layihə Qərb tərəfindən irəli sürüldü və Qərb tərəfindən də ləğv edildi. İnkişaf etmiş iri dövlətlərin nüfuzu da bu layihəni gerçəkləşdirməyə yardım etmədi. Bəs, əvəzində nə baş verdi? Azərbaycanın praqmatik Prezidenti irəli durdu, təşəbbüs göstərdi və məhv edilmiş layihəni başqa formada dirçəltməyə başladı. İlk əvvəl TransAnadolu layihəsinin təşəbbüsü edildi və qardaş Türkiyə ilə birlikdə bu layihə vaxtında reallaşdırıldı. Onun ilk hissəsi bitəndə isə Avropaya uzanan ikinci hissəsi TransAdriatik layihəsi ortaya çıxdı. Birinci layihənin təşəbbüsçüsü və maliyyə təminatçısı Azərbaycan olduğu üçün ikinci layihədə kənarda qalmamaq üçün Avropanın bir neçə ölkəsi və iri şirkətləri də bu işə qoşuldu. Artıq gələn il Cənub Qaz Dəhlizi tam mənası ilə işə salınacaq və Azərbaycan qazı Avropaya nəql olunacaq. Bu iqtisadi dəhlizin qurulması Azərbaycanla yanaşı Gürcüstan və Türkiyəyə də sanballı gəlir gətirəcək.

Cəsarətli təşəbbüs, dəqiq hesablanmış maliyyə qaynağı, beynəlxalq humanizm, qlobal inteqrasiya, sülh və sabitliyə xidmət edən belə layihələr Prezident İlham Əliyevin yeganə işi deyil. Bakı-Tiflis-Qars dəmiryol xəttini yada salaq. Qərbi ağuşuna almış erməni lobbi təşkilatları və erməni diasporu nə qədər kəskin mübarizə apardı ki, bu yol çəkilməsin yaxud Ermənistandan keçməklə çəkilsin. Hətta ABŞ dövlətinin simasında bu işə əngəl olmaq meyilləri yaranmışdı. Bu səbəbdən Gürcüstanın maliyyəsinin olmaması da bəhanə gətirilərək layihənin tikintisinə veto qoymaq arzuları yaranmışdı. Lakin layihənin başında İlham Əliyev dururdu və onun lazım gələndə göstərdiyi prisipiallıq və uzaqgörənlik sindromu öz sözünü dedi. Gürcüstan üçün elə bir maliyyə krediyi xətti açıldı ki, bunu heç bir dövlət etməzdi. Ancaq BTQ-nin siyasi və iqtisadi perspektivi dəqiq hesablayan Azərbaycan prezidenti uzaqgörənliyi sayəsində bu işə getdi. Və bu gün həmin layihənin bəhrəsini hamı görür və təqdir edir. Dövlət başçımızın uğurlu liderlik missiyası da belə layihələrin fonunda diqqəti cəlb edir.

Siyasi məqsədlərlə dünya bazarında neftin qiymətinin birdən-birə sürətlə aşağı salınmasının beynəlxalq aləmdə nə qədər böyük çaxnaşma yaratmasını da xatırlamaq gərəkdir. Nə qədər transmilli şirkət, banklar iflasa uğradı, ölkələrin iqtisadi vəziyyəti həddən ziyadə aşağı düşdü. Yüzlərlə dövlət içərisində cəmi 4 ölkə bu sınaqdan uğurla çıxdı ki, onlardan biri də Azərbaycan idi. Ölkəmiz öz rəhbərinin ağıllı və yerli-yerində apardığı daxili və xarici siyasət sayəsində vəziyyəti qisa zamanda öz xeyrinə dəyişdi. Bu proses əsl uğur missiyası idi.

Prezident İlham Əliyevin uğur təntənəsinin ən qiymətli cövhəri ona xalqın böyük rəğbətinin yaranmasıdır. Bəli, şəxsiyyət o zaman həqiqi liderə çevrilir ki, onun əməlləri ilk növbədə öz xalqı tərəfindən dəstəklənir.

N.NOVRUZ   

Sizin Reklam Yeriniz