Əlaqə Arxiv
news Image
2019.12.10
08:30
| A A A
Müsavatçı müsavatçılların paxırını açır
Arif Hacılının komissiyası ifşa olundu

Mühacir biznesi ilə bağlı Almaniya polisinin başladığı təhqiqat sona yetməmiş Müsavat Partiyasının başгanı Arif Hacılının təhqiqat üçün yaratdığı “komissiya öz işini tezbazar başa vurub вя nəticələr “xoşagələndir”. “Komissiya”nın hesabatından belə məlum olur ki, əslində, heç nə araşdırılmayıb. Amma hesabat hazırdır. O boyda alman polisinin araşdırıb qurtara bilmədiyi bir işi müsavatçılardan ibarət heyət ən qısa müddətdə araşdırmağı bacarıb. Heç şübhəsiz, bu işdə partiya funsionerlərinin əli olmadığı “üzə çıxıb”. Afərin! Uğurlu tədqiqatdır. Di gəl ki... Deyir, mərdümazarı axtarmaqla deyil, o, özü gəlib səni tapacaq.

Başqa bir müsavatçı fəal, Avropada məskunlaşmış, mühacirin sığınacaq almaq üçün keçdiyi yolun yolçusu olduğundan onun cikini-bikini yaxşı bilən Yafəs Əkrəmoğlu özünün facebook səhifəsində hesabatın məzmunundan qeyzə gələrək yazıb ki, Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb: “Arayış alveri iddialarını guya araşdırmaq üçün Müsavat partiyasının bir müddәt әvvәl yaratdığı "Komissiya" öz hesabatını açıqlayıb. Mәlum olub ki, komissiya heç nә araşdırmayıb. Komissiya üzvlәrinin siyahısına baxanda onsuz da Qoyunun Qurda tapşırıldığı açıq görünür”.

Müsavatçı jurnalist sözügedən komissiyasının üzvlərini özünəməxsus şəkildə təsnifatlaşdırıb: “1. Komissiyanın sәdri: Osman Kazımov – “hamı başqan Arif Hacılını sevmәlidi” sözlәrinin müәllifi, partiyada yaltaqlığı tәbliğ edәn hüquqşünas. Nәzәrә alsaq ki, sәnәd alveri iddiasında başda duran şәxs başqan Arif Hacılı özüdür, komissiyanın gәldiyi nәticә açıqlanmamışdan mәlumdu. 2. Nemәt Kәrimli - 2017- ci ildә Müsavat AKM-i Avropada Müsavatın sәnәd satan kiçik marketi adlandırmışdı. Ancaq sonradan nәdәnsә fikrini 180 dәrәcә dәyişdi vә sәnәd alverçilәri adlandırdığı şәxslәri qızğın müdafiә etmәyә başladı. 3.Fәrәc Kәrimli - Müsavat Laçın tәşkilatının “kuratoru”dur. Müsavat partiyasından Avropaya әn çox “siyasi mühacir2i bu tәşkilat göndәrib. Xeyir ola, Fәrәc Kәrimli “siyasi mühacir” alveri iddialarını obyektiv araşdırsın. Özü özünü ifşa edәcәk? 4.Sәxavәt Soltanlı - geniş şәrhә ehtiyac yoxdur”.

Bizim müxalifətin dəyişilməz ünsürə çevrilmiş özünəməxsus bir şakəri var. Quyruğu qapı arasında qalan kimi başlayır ətrafdakılara “hakimiyyətin adamı” damğasını vurmağa. Düzdür, bu ismarışla müxaliflər özlərinin ölkəmizə yad ünsür olduqlarını məntiqi surətdə təsdiqləmiş olurlar. Amma fərq etməz, olsun, məsələ burasındadır ki, başqa məsələlərdə ola bilər, ancaq daha alman polisinin Azərbaycan Hakimiyyətinin sifarişi ilə oturub-durduğunu söyləmək nəinki cəfəngiyyatdır, hətta söyləyən tərəfin bisavadlıq əmsalıdır. Demək, Arif Hacılının “komissiya”sının rəyinə görə hakimiyyətimizin sifarişi ilə alman polisi müsavatçıları qandallayaraq onları mühacir biznesində günahlandırır. Üstəlik də müsavatçı gənc Yafəs Əkrəmoğlu yenə hakimiyyətin sifarişi ilə müsavatçıları ifşa edir. Həqiqətdə isə Müsavat başqanı öz ətrafı və “komissiya”sının hesabatı ilə özünü və partiyasının rəhbərliyini zərbə altında qoyur. Çünki, belə hesabatdan sonra mühacir biznesinin reallığı heç kimdə şübhə doğurmur.  

Y.Əkrəmoğlu yazır ki, “Hakimiyyәtә işlәyirlәr” qaralamsı müxalifәtin onları tәnqid edәn daxili rәqiblәrә qarşı işlәtdiyi әn kәskin “silah”dır. Hesab edirlәr ki, bununla mәsuliyyәtdәn yayınırlar. Elә bilirlәr ki, hamı bunlara inanacaq: “Arif Hacılının arayış alverini ifşa etdiyimiz üçün utanmadan bizi “hökumәtin adamı” adlandırırlar. Ayıblarınızı örtmәk üçün heç olmazsa, gedin, başqa bәhanәlәr tapın”.

Ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir. Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

İndi maraqlı sual meydana çıxıb: “Görəsən, bu boyda cinayət faktından sonra Arif Hacılı hansı üzlə özünün, yaxud hansısa müsavatçının parlamentdə təmsil olunması üçün təbpliğat aparacaq. Axı, bundan sonra ona və onun kimilərə çətin ki, səs verən seçici tapılsın.

N.NOVRUZ

Sizin Reklam Yeriniz