Əlaqə Arxiv
news Image
2019.12.11
08:14
| A A A
Kreml Qarabağ münaqişəsinin həllində fəallaşır
Azərbaycan-Rusiya əlaqələrinин güclənməsi regionun əsas probleminə təsirsiz ötüşməyəcək

Payızın son dövrü Bakı ilə Moskva arasında yüksək səviyyəli görüşlərin inyensivləşməsi ilə müşayiət olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya işgüzar səfərinin uğurları haqda politoloqların müzakirələri səngiməmiş Rusiya Federasiyasının səlahiyyətli nümayəndə heyəti Azərbaycana səfərə gəlib. İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır”.

Dövlət başçısı daha sonra həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyaların çoxalması, qarşılıqlı etimadın getdikcə güclənməsi, qarşılıqlı əlaqələr fonunda hər iki ölkənin rəqabərlilik reytinqinin artması barədə xoş xəbərlər aldığını qeyd edib. Obyektiv reallıqlara əsaslanan faktlar göstərir ki, münasibətlərin inkişafı konkret nəticələr verir.

Rusiyalı qonaq görülən işləri müsbət qiymətləndirən Azərbaycan Prezidentinə təşəkkür edərək mühüm bir faktı dilə gətirdi: “Həqiqətən, cari rəqəmlərə nəzər salsaq, əmtəə dövriyyəsini və dinamikanı əks istiqamətdə müqayisə etsək, məsələn, bu il Avrasiya İqtisadi İttifaqı ilə bizim münasibətlərimizdə dinamika mənfidir, əmtəə dövriyyəsi bir qədər azalır. Buna görə, həqiqətən, Azərbaycanla təqribən 30 faiz artım var. Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə həqiqətən ən yüksək göstəricilərdən biridir”.

Maksim Oreşkin təmsil etdiyi hökumətin adından bildirib ki, daha irəli getmək və elə etmək lazımdır ki, bunlar birdəfəlik nəticə deyil, daimi hadisə olsun. Əlaqələrin yaratdığı qarşılıqlı mənfəətin daimi hadisəyə çevrilməsi əslində reinteqrasiya peosesinin getməsi deməkdir. Yəni, sovet dövründə baş vermiş, lakin sonradan dağılmış inteqrasiya prosesinin yenidən dirçəldilməsidir. Lakin indi zəmanə dəyişib və asılıq aradan qalxıb. Buna görə də iki ölkə arasında reinteqrasiyadan söhbət gedir ki, bunun şərtləri müstəqil dövlətçiliyin atributlarıdır. Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında keyfiyyətcə yeni münasibətlər qurulur. Təsadüfi deyil ki, M.Oreşkin Azərbaycanda bu münasibətlərin ifadəsi olan yeni birgə əczaçılıq müəssisəsinin açılışında iştirak edib. İnnovasiyalə layihə əsasında tikilən bu müəssisə qarşılıqlı investisiyalara yaxşı nümunədir.

Məlumdur ki, iqtisadi layihələr siyasi münasibətlərdə açar rolunu oynayır. Bu mənada iki ölkə arasında siyasi əlqələrin səviyyəsi də ildən-ilə sürətlə yüksəlir. Elə buna görədir ki, münasibətlərin xarakteri haqda siyasi şərhçilər tez-tez “strateji müttəfiqlik” ifadəsini işlətməyə başlayıblar.

Rusiyanın siyasi çevrələrində Azərbaycana münasibətin belə istiləşməsi heç şübhəsiz, Qarabağ münaqişəsinin həllində açar mövqeni tutan Kremlin fəallaşacağını və münaqişənin sülh yolu ilə həllində daha ədalətli mövqe sərgiləyəcəyinə müəyyən ümidlər yaranır. Qərbin nəhəng dövlətlərinin Rusiya ilə apardığı iqtisadi və siyasi sanksiyalar müharibəsində Azərbaycan şimal qonşusu ilə münasibətlərini daha da inkişaf etdirir, bir növ çətin zamanda ona yardım əlini uzadır. Təbii ki, bu yardımın qarşılığı olmalıdır və bu, ümid olunur ki, Qarabağ münaqşəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli həll yolu ola bilər. Azərbaycan bu yanaşmanı gözləyir və gözləntisində tam haqlıdır. İndi söz Kreml sahiblərinindir. Heç şübhəsiz Azərbaycanın rəhbərliyi öz siyasətində bu kimi amilləri diqqətdə saxlayır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz