Əlaqə Arxiv
news Image
2019.12.11
09:52
| A A A
Paşinyanın əsas düşməni Kadırova cavab verdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Çeçenistan rəhbəri Ramzan Kadırovun təbriklərinə cavab verib.

Qeyd edək ki, daha əvvəl R.Kadırov İnstaqramda Vanetsyanı 40 yaşı münasibətilə təbrik etmişdi.

Mövqe.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri İnstaqramda Kadırovla insani, kişi dostluğunu təqdir etdiyini yazaraq başqa birgə foto paylaşıb.

Vanetsyan yazıb: “Ramzan Axmatoviç, əziz Qardaş! Səmimi təbrikləriniz üçün Sizə ürəkdən təşəkkür edirəm! Fürsətdən istifadə edərək, Sizə həmçinin Ermənistan-Rusiya dostluğunun, strateji əməkdaşlığının möhkəmləndirilməsinə verdiyiniz böyük töhfələrə görə təşəkkür etmək istəyirəm. Qoy Qüdrətli Allah xalqlarımızı qorusun”.

Onu da qeyd edək ki, Artur Vanetsyan sentyabrın 16-da baş nazir Nikol Paşinyanın sərəncamı ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyindən uzaqlaşdırılıb. İstefasından sonra A.Vanetsyan Paşinyanın ünvanına tənqidi çıxışlar edir.

Sizin Reklam Yeriniz