Əlaqə Arxiv
news Image
2019.12.11
18:39
| A A A
Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur - Yafəz Əkrəmoğlu

Mühacir alveri ilә bağlı apardığım jurnalist araşdırmasında (kiçik bir hissәsini zaman-zaman paylaşmışam) Müsavat Partiyasının da adını çәkdiyimә görә, partiya rәhbәrliyi (Gülağa Aslanlı) mәni mәhkәmәyә verib. İlk öncә onu bildirmәk istәyirәm ki, Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu özünün "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Sizin Reklam Yeriniz