Əlaqə Arxiv
news Image
2019.12.13
08:45
| A A A
Arif Hacılının komandası müvazinəti itirir
“Mühacir biznesi”nin yamanları “çuvaldan” yeni “cidaları” çıxarır

Biz həmişə yazmışıq ki, siyasi işlə məşğul olmaq şan-çöhrət və vəzifə gətirsə də, onun cəfaları çoxdur və bu yolda son dərəcə diqqətli olmaq gərəkdir. Yəni, siyasətçi sadə həyat sürməyə, işində və əməlində düz, haqpərəst olmağa, qarşısındakı insanlara hörmət və ehtiram göstərməyə, hüquq bərabərliyini qorumağa və sairəyə borcludur. Əks təqdirdə onun məsuliyyət yükü özünə qarşı çevrilər və gördüyü işin dəyərini heçə endirər. Siyasətçinin fəaliyyətində daha bir önəmli məsələ isə deyilən tənqidə, buraxılan səhvə yaradıcı yanaşmadır. Yəni, səhvin varsa, çalış onu düzəldəsən, daha səhvin üstünə səhv gətirməyəsən.

Maləsəf, bu payız cəmiyyətin müxalif düşərgəsini qarışdıran “mühacir biznesi” məsələsi göstərdi ki, ölkədə hakimiyyət davası edənlərin içərisində ambisiyaları ilə əməlləri düz gəlməyənlər həddən ziyadə çoxdur. Məsələ burasındadır ki, radikal müxalifətçilərin siyasəti biznesə çevirmələri nəinki cəmiyyətdə, eləcə müxalifətin özündə də biabırçı fakt kimi qınanılır. Bu işdə fəallıq göstərənlərdən biri də Müsavat üzvü olmuş mühacir jurnalist Yafəz Əkrəmoğludur. Almaniya polisi müsavatçıların da daxil olduğu 7 nəfərlik “mühacir biznesi” qrupunu ifşa etməsi artıq bu partiyaya olan rəğbətə güclü zərbə vurub və digər əyər-əskiklərin də meydana çıxmasına şərait yaradıb.

Bu günlərdə jurnalist Yafəz Əkrəmoğlu özünün “facebook” səhifəsində dah bir ittihamedici status paylaşıb: “Mühacir alveri ilә bağlı apardığım jurnalist araşdırmasında (kiçik bir hissәsini zaman-zaman paylaşmışam) Müsavat Partiyasının da adını çәkdiyimә görә, partiya rәhbәrliyi (Gülağa Aslanlı) mәni mәhkәmәyә verib. İlk öncә onu bildirmәk istәyirәm ki, Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir”.

Qeyd edək ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir. Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Bütün bunlar haqda məlumat verən və araşdırma pararaq yeni nüansları ortaya çıxaran və Almaniyada yaşayan jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı məhkəməyə müraciət edib. Əlbəttə, məhkəməyə müraciət etmək hər bir kəsin hüququdur. Amma hansı əsasla, bu, vacib məqamdır. Axı, ortada fakt var. Hətta bu faktları Almaniya polisi üzə çıxardıb. Təbii ki, bizim polislər olsa idi, indi Gülağa Aslanlı yəqin ki, hakimiyyətə hücuma keçərdi. Amma Almaniyada baş verən prosesin Bakı izləri də sənədlərlə, möhürlə təsdiq edilirsə, onda məhkəməyə müraciət edəndə gərək faktı araşdıranı yox, faktı törədən müsavatçılara cəza tələb oluna idi. Yox, əgər bu olmursa, demək, torbada pişik var-Müsavata məxsus olan pişik.

N.NOVRUZ

Sizin Reklam Yeriniz