Əlaqə Arxiv
news Image
2019.12.14
10:15
| A A A
Xalqdan Əli Kərimliyə sərt təpki
AXCP və onu “fırladan” Əlim Kərimli artıq tam təklənib

Azərbaycanda gələn il keçiriləcək parlament seçkilərinə qatılanlar gündən-günə çoxalır. Cəmiyyətdə də maraqlı bir proses gedir. Müxalifətin üz qarasına çevrilmiş AXCP sədri Əli Kərimli və başının dəstəsi nə qədər bərkdən boykot çığırırsa, əhali arasından deputat olmaq istəyənlərin sayı bir o qədər sürətlə artır. Elə bil camaat bu adamlardan açıqlıdırlar və indi də acıqlarını çıxmaq üçün fürsət yaranıb.

Təbii ki, parlamentdə müəyyən say limiti mövcuddur və bu saydan artıq şəxsin deputat olması mümkün deyil. Amma Əli Kərimli adlı qaragüruhçu əhaliyə daim yalanlar ötürdüyündən ona olan sayğısızlıq sürətlə artıb və bu gün artıq Azərbaycan vətəndaşları ona etibar etmədiklərini sübut etmək barədə düşünürlər. Əli çatan bu adamın üzünə, əli çatmayan sosial şəbəkədə sözünü deyir. Daha yanıqlı olanlar isə öz namizədliklərini irəli sürməklə “boykot” ləqəbli Əlinin çızdağını çıxarmağa çalışır. Çünki, bu qədər yalan, bu qədər saxtakarlıq, bu qədər içiboş vədlər verib, insanların könlünü bulandırmaq olmaz.

İndi çox tez-tez eşirilən bir sual çoxlarını məşğul edib: indiyədək bütün seçkilərdə məğlub olmuş Əli Kərimli cəmiyyətdən nə istəyir? Nə etmək lazımdır ki, AXCP sədri Azərbaycan xalqının yanında üzüqara olduğunu anlasın. Düzdür, üzüqara ya üzüağ olsun, fərq etməz, Əli Kərimlinin ölkədə nə bir nüfuzu, nə də yeri qalıb. Bu adam çoxdan siyasi səhnədən çıxdaş edilib və onun dediklərinə laqeydlik münasibəti var. Çünki, xalq bu adamın hər üzünü görüb. Onun “Yurd” İctimai Birliyini təsis edib gəncləri başına yığmasından və sonra da onları yurdsuz qoymasından tutmuş AXC-ni parçalayaraq bir neçə yerə bölməsi, əvvəl cəbhəçilər, daha sonra isə cəmiyyətdəki təbəqələr arasında qalmaqallar yaratması xalqın gözü qarşısında baş verib.

Məsələ burasındadır ki, Əli Kərimli siyasi fəaliyyətə gənc yaşlarından başlayıb və uzun müddətdir ki, səhnədən düşmək mistəmir. Amma nə olsun?! İndiyə qədər neçə seçkidə ağzı yanıb, xalq ona səs verməyib. Di gəl ki, əl çəkmir. Adətən, atalar üçəcən deyir, səs verən yoxdursa, qaxılıb otur yerində. Çünki, seçkili orqanlarda, xüsusilə də deputat seçkisində xalqın sevmədiyi, dəyər vermədiyi şəxsin höcətçiliyi heç yaxşı göstərici deyil. Bu dəfə bütün bunları yaxşı bilən Əli Kərimli guya nöqsanlarla mübarizə apardığına görə seçkilərə qatılmaq istəmir. Əslində reallıq başqadır. Kimsə ona səs vermək fikrində deyil. Buna görə də öz uğursuzluğunu ört-basdır etmək üçün boykot deyə çığırır. Əslində isə bu işə keçmir. Çünki, müxalifət elliklə seçkilərə qatılmaq qərarı verib. İndi bir nəfərin başçılığı ilə bir dəstənin qaragüruhçuluğu boykot demək deyil. Nə edəsən ki, Əli Kərimli və dəstəsi özləri çalıb, özləri oynayanlardandır.

Bu dəstə ölkədə gedən islahatlar prosesinə şər atdığı kimi qalan hər kəsə və hər şeyə qarşı haqsız olmağı da məqbul sayır. Boykot çığırmaqda davam etməyinin əsas məqsədi də “qorxu”dur. Qorxur ki, birdən sabah müxalifətin nümayəndələri parlamentə düşər, orada birləşərək fraksiya yaradar və AXCP kənarda qalaraq təklənər. Onsuz da AXCP və onu “fırladan” Əlim Kərimli artıq təklənib. Amma parlament fraksiyasında təmsil olunmaq müxalifət üçün ayrı feyziyabdır.

Bu baxımdan Əli Kərimlinin dəstəsi həyəcan içindədir. Çünki, öz boykotuna özü məruz qalıb.

N.NOVRUZ

Sizin Reklam Yeriniz