Əlaqə Arxiv
news Image
2019.12.16
14:55
| A A A
Qaregin Njde və onun “Tseqakron” təlimi
Biz niyə ona qarşıyıq, erməniləri hara yönəldir?-kimi sualların cavabları vəziyyətin qorxunc taleyi haqqında daha aydın fikirlər yaradır

Son vaxtlar mətbuatın da gündəmində olan Qaregin Njde adı çoxlarında maraq doğurdu. Ermənistanda “erməni dövlət xadimi” adlandırılan bu hərbi cinayətkara İrəvanda heykəl qoyulması və bu ənənənin Rusiyanın Armavir şəhərində də davam etdirilməsi ciddi təpkilərlə qarşılandı. MDB Dövlət Başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmasını, nasistlərlə əlbir olan birisinin qəhrəmanlaşdırmasını pisləməsi də diqqətdən yayınmadı. Nikol Paşinyanın İlham Əliyevi erməni xalqına hörmətsizlikdə, məlum tarixi faktları və rəsmi sənədləri Azərbaycan prezidentinin şəxsi rəyi kimi təqdimatda günahlandırmaq cəhdini rus ictimaiyyəti həmən cavablandırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyadı və az sonra xatirə lövhəsi söküldü. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun “Beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından Qaregin Njde hərbi cinayətkar və nasistlərin əlaltısı olub. Mən cənab Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edərdim” deyimi isə yetərincə arqumentli cavab idi.

Bu baxımdan Egey Universitetinin professoru Aydın İbrahimovun hələ 2010-cu ildə Türkiyədə dərc olunmuş yazısı da diqqətçəkən oldu. Njdenin “Tseqakron” (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat) ideoloji təliminin mahiyyətini açıqlayan bu yazını Egey Universiteti Türk Dünyası Araştırmalar İnstitutunun dosenti Vəfa Kurban Azərbaycan dilinə cevirmiş və 9 il sonra yenidən gündəmə gətirmişdir. Yazını təqdim edirik.

1930-cu illər də Bolqarıstandan ABŞ-a gedən və erməni millətinin qəhramanı sayılan Qaregin Njde (Ter-Arutyunyan) tərəfindən yaradılmış ideoloji təlimə “Tseqakron” adı verilmişdi. Njdenin əsas məqsədi, ana köklərindən uzaqlaşan erməni diasporası və xüsusilə də gəncləri sözü gedən ideologiya ətrafında yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Tezislərimizi əsaslandırmaq üçün 2004-cü ildə Ermənistanda nəşr olunan “Qaregin Njdenin təlimi” kitabını nəzərdən keçirərək şəhr edəcəyik.

Daşnak təşkilatının üzvü olmuş erməni komandir Qaregin Njde, 1922-ci ildə Təbrizdən dönərək Sofiyada yerləşir və türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı: “Lernhayastanın Qəhrəman Müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən səhifələr (Qahirə, 1924)”, “Övladların atalarına qarşı mübarizəsi (Selanik, 1927)” və s. Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən buraxılan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə; tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə və Türkiyəyə qarşı genetik bir nifrət aşılamaq idi. Bu sözdə “nəzəriyyəçi” bir müddət sonra erməni milliyətçi nəzəriyyəsini ortaya ataraq

Mussolini və Hitler kimi soydaşları sırasında ad qazandı. Njde 1932-ci ildə Bolqarıstanda nəşr etdirdiyi “Soy Ruhunun Hərəkatı” kitabı və daha sonra “Xrofk” jurnalında çıxan “Tseqakron bir zəfər gücüdür” adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya qoydu.

1933-cü ildə Parisdə daşnakların 12-ci konqresində Njde tərəfindən təqdim edilən Erməni diasporunun antitürk ruhlu təlimatları üç əsas prinsipi ehtiva edirdi və konqresin yekun bəyannaməsində yer almışdı. Bunlar,

1. Erməniliyin xaricdə funksional fəaliyyətini genişləndirərək onu Ermənistanı müdafiə qabilyyəti durumuna gətirmək,

2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək,

3. Bütün gücləri Türkiyəyə karşı bir cəbhədə səfərbər etmək idi.

Bu tezisləri həyata geçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABŞ-a göndərilmişdi. Orada Njdeye iki tapşırıq verilmişdi. Birincisi, erməni terrorçu Kopernik Tandırçyanla birlikdə Türkiyənin ABŞ-dakı səfiri Muxtar bəyə sui-qəsd etmək, ikincisi isə qısa müddət içərisində ABŞ-da “Tseqakron hərəkatı”nı yaratmaq. Fanatik düşüncə, güçlü xitab qabiliyyəti və olduqca təsirli bir xarizmaya sahib olan Qaregin Njde qısa müddətdə ermənilərin sıx yaşadığı yerlərdə “Tseqakron” təşkilatları (Tsexakron Uhter) qurdu.

Njde 1934-cü ilin payızında Sofiyaya qayıdır və “Tseqakron”un Avropada qurulmasına başlayır. Yaxınlaşan dünya müharibəsi ərəfəsində müxtəlif mediya orqanları vasitəsilə erməniləri Türkiyəyə qarşı silahlı hücumlar təşkil etmələri üçün ideoloji cəhətdən hazırlayır və cəmiyyət olaraq təmiz bir irqə yönəlmənin yolunu göstərirdi. Lakin Avropadaki vəziyyət Amerikadan fərqli idi; müharibə gərginliyi son həddindəydi və əhatə dairəsi də olduqca dar idi. 1945-ci ildən sonra isə hərəkat zəiflədi və tarixə kömülmüş kimi göründü. Ancaq 1991-ci ildən günümüzədək Njdenin təlimi yenidən aktivləşdi və hətta qonşu Ermənistanın rəsmi ideologiyası halına gəldi.

İndi isə, “Tseqakron nədir?”, “Biz niyə ona qarşıyıq?”, “Erməniləri hara yönəldir?” kimi suallara cavab verilməlidir. Əslində bu cavablar vəziyyətin qorxunc taleyi haqqında daha aydın fikirlər yaradır. 1932-ci ildə, Sofiyada çap edilən “Xrofk” jurnalında Njde yazırdı: “Bu günə kimi millətimizin yaşadığı əzabların tək səbəbi irqimizin formalaşmamasıdır, biz erməniyik və ermənilik ideologiyası ətrafında toplanmalıyıq, yoxsa bəşəriyyətin ən əzilmiş parşası halına gələrik”. Belə bir düşüncə tərzinə sahib olan Qaregin Njde, ortaya bir düşüncə və “beyinyuma” üçün material qoymalı idi. İkisi də tapılmışdı: Konsept: TÜRK DÜŞMƏNÇİLİYİ; Material: TSEQAKRON.

Njde faşist əsaslar üzərində formalaşdırılan nəzəriyyəsini əsas olaraq gəncələrə və diaspora yönəltmişdi. Njdeyə görə, erməni cəmiyyətində, xüsusilə də yaşlı nəsildə Türkiyəyə

qarşı olan şüur zəifləmişdi; eyni meyilin gənc nəsildə də inkişafı milli bir təhlükədir. Bu səbəbdən bütün gənc erməni nəslinə “Tseqakron” ideyası aşılanmalıdır. Təlimin əsasını da ermənilərin xüsusi (özəl) irq olması və fərqli düşüncə tərzinə sahip olduqları fikri təşkil edirdi. Erməni soyu, Njde üçün ən vacibidir; dindən və antropologiyadan daha üstündü.

Njde, “Tseqarakon”u iki əsas prinsip üzərinə qurmuşdu: 1. Bütün başımıza gələn bəlaların səbəbi biz özümüzük. 2. Bizə lazım olan gücü özümüzdə axtarmalıyıq.

“Tseqakron” təlimi aşağıdakı kimi inşa edilir: “Mən öz Soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Tanrıya daha yaxındır, ali irqdir, mən cismimdə “Tseqarakon”u daşıyıram”.

Eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncələri ictimai kütlələrə sirayət edilməkdəydi. Başqa bir deyişlə, Ermənistan o dövrdə müstəqil bir dövlət olsaydı, mütləq erməni faşist quruluşundan bəhs edəcəkdik. Fikrimizcə, Anadoludakı və Azərbaycanda erməni dirənişinin əsasında sözü gedən düşüncə yer alır.

Njdəyə görə, erməni xalqı aşağıdakı kultlarla həyatına davam etməlidir: Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə kultu, Ulular kultu, Güc kultu, Öndər kultu. Göründüyü kimi dəyişməyən prinsiplər burada da vacibliyi ilə diqqətdədir.

Vətən kultu: erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci, bütün səyini və quvvəsini Ermənistan ərazisinin genişləndirməyə sərf etməli və onun bundan böyük xoşbəxtliyi olmamalıdır.

Dil kultu: “Tseqakron”un hər bir erməninin bir-biriylə danışarkən yalnız erməni dilinin istifadəsini tövsiyyə edir. Erməni dilini bilməyən soyun nümayəndəsi olaraq qəbul edilə bilməz. Yəni erməni düşüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil olmasa və xaricə dağılmış erməni birliyini təmin etmək mümkün olmaz. (Nidje bolşevik zülmü altında yaşayan erməniləri özündən saymır, onları qəbul etmir və bütün ümidlərini diasporaya bağlayırdı).

Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək bir şərəfdir və “…Aslan kimi mübarizə etməliyik”.

Ulular kultu: “Tseqakron”un nəsillər arasında əlaqələrin davam etməməsini ən böyük çatışmazlıq olaraq qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.

Güc kultu: “Tseqakron” gücə xüsusi yer verir. Njdeye görə, güclü qazanan olar, haqlı olmaz; dünya, güclü olanın qarşısında boyun əyər.

Öndər kultu: Hər soyun başında xalqın taleyini müəyyən edən bir lider olmalıdır. “Tseqakron”un, soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir. Ermənilik, Njdeyə görə, hər şeydən üstündür. “Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeydən

üstündür” Buna görə də “Tseqakronu” ermənilərin maraqlarını hər hansı xalqın mənfəətlərindən daha üstün tutar. Məsələn, “Tseqakron” nizamnaməsinin ana səhifəsi bu şüarla başlayır: “Lozanna? Xeyr, Xeyr, Xeyr, heç bir zaman qəbul edilə bilməz“. Və fikir belə davam edir: ”Bir xalqın ana torpağı digər xalqın daimi vətəni ola bilməz”.

“Tseqakron” ermənilərin yalnız torpaq üçün vuruşmağa hazır olmasını tələb etmir, bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənlik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı hansı üsulla olursa-olsun yox etməliyik”.

“Tseqakron” ilə digər qeyri-insani təlimlər (nəzəriyyələr) arasında elə də böyük fərg yoxdur. Qaregin Njde təlimi şərh edərkən deyir: “İtalyanların faşizmi var, almanların nasizmi, yəhudilərin isə sionizmi…Ermənilərinsə “Tseqakron”u var... Biz 1919-cu ildə bu fikirləri meydana gətirərkən, Mussolini öz düşüncələrini daha yeni-yeni kəşf edirdi. Hitler ərazilərin genişlenməsini hələ təsəvvür etmirdi. Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daşımamaqdadır. Biz isə xalqımıza onun Ana torpağı olan Erməni Dağlıq yeri vermək istəyirik. Hitler yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox etməyi hədəfləyirdi. Bizim soyumuzun düşmənləri isə Türklərdir, onlar erməniləri yer üzündən silirdilər və məmləkətimizin torpaqların böyük hissəsini ələ geçirmişdilər” və s. Göründüyü kimi “Tseqakron” bir nasist təlimdir və dünya ermənilərinin də türklərə, o cümlədən bizə-azərbaycanlılara qarşı davranışlarının əsasını Njdenin düşüncələri təşkil edir.

Əfsuslar olsun ki, sözü gedən bu barbar düşüncə sadəcə cəmiyyət daxilində təsirli deyildir, dövlət idarəçiliyini də təsiri altına almışdır. Nə yazıqlar ki, Ermənistanın Respublikaçılar Partiyasının nizamnaməsində deyilir: “Partiyamızın əsas ideologiyası Qaregin Njdenin təlimi üzərində qurulmuşdur”. Bu bir partiyanın düşüncəsidir, burada nə var ki, deyə bilərsiniz. Lakin bu partiya uzun illər Ermənistanda iktidarda idi və Njdenin düşüncəlirini Qarabağda uygulamada göstərmiştilər. İndi isə məqaləmizin adını yenidən oxuyun.

Tseqakron - ermənicə iki sözün - irq ve din kəlmələrinin birləşməsidir. Diğər bir mənası isə “irqin saflığı, tanrıdan xüsusi tapşırıq və s”. Başqa bir ifadə ilə bir növ erməni nasizmi. İndi Nikol Paşinyandan soruşmaq lazım, kimin abidəsini sən qorumaq istəyirsən?!

Aydın İbrahimov

Egey Universiteti Beynəlxalq Əlaqələr kafedrasının professoru,

Türkiyə, İzmir.

Sizin Reklam Yeriniz