news Image
2012.04.03
18:37
| A A A
Azərbaycanın çörəyinə nankor çıxan hüquq müdafiəçiləri

Fəzail Ağamalı: "Bəzi hüquq müdafiə təşkilatlarının fəaliyyəti rəsmən qadağan olunmalıdır və dövlətimizlə bağlı qərəzli məlumatlar hazırlayanların barəsində ölçü götürülməlidir"


Beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında qərəzli məlumatların yer almasının əsas səbəbi bəzən təkcə həmin qurumların ölkəmizə qarşı düşmən mövqedə olmasından xəbər vermir.

Sadəcə olaraq müəyyən hallarda beynəlxalq təşkilatlara Azərbaycanla bağlı məlumatlar göndərən yerli təşkilatlar qrant almaq, mövcudiyyətlərini sübut etmək və müxtəlif qüvvələrin sifarişlərini yerinə yetirmək üçün qərəzli hesabatlar hazırlayırlar. Və həmin qərəzli hesabatlar beynəlxalq təşkilatların Azərbaycanla bağlı təəssüratlarını mənfiyə doğru dəyişir.

Bunu artıq Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri də etiraf edirlər. AŞ PA -dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, Avropa Şurasına Azərbaycanla bağlı daim qərəzli müraciətlər göndərilir. Onun sözlərinə görə, əgər Avropa Şurası həmin müraciətləri qərəzli şəkildə Azərbaycana qarşı istifadə edirsə, demək, onu göndərən şəxslərin özləri qərəzlidir: "Əgər hər hansı təşkilat qərəzli məsələləri Azərbaycana qarşı istifadə edəcəksə, bu, həmin təşkilatın reytinqinə də təsir göstərəcək. Ümumiyyətlə, bu məsələni şərh etmək düzgün deyil. Avropa Şurası ciddi təşkilatdır və Azərbaycanın bu qurumla normal münasibətləri mövcuddur".

Bəs Azərbaycanla bağlı qərəzli məlumatların beynəlxalq təşkilatlara göndərilməsinin qarşısını necə almaq olar? Bu mövzuda söhbətləşdiyimiz Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının əksəriyyətinin maraqları ilə Ermənistan hakimiyyətinin maraqları üst-üstə düşür: "Ermənistan hakimiyyəti də istəyir ki, beynəlxalq təşkilatlar Azərbaycaqla bağlı daim tənqidi hesabatlar hazırlasın, ölkədə insan haqlarının pozulduğunu bəyan etsinlər. Bizim bəzi hüquq müdafiəçilərimiz də bu siyasətə xidmət göstərirlər. Mən dəfələrlə bəyan etmişəm ki, bəzi hüquq müdafiə təşkilatlarıın fəaliyyəti rəsmən qadağan olunmalıdır və dövlətimizlə bağlı qərəzli məlumatlar hazırlayanların barəsində ölçü götürülməlidir".

F.Ağamalının sözlərinə görə, bəzi hüquq müdafiəçiləri hakimiyyətlə şəxsi münasibətlərindəki problemi dövlətə qarşı münasibətlərinə gətirirlər: "Təəssüflər olsun ki, bunların bəzilərində dövlətçilik anlayışı, maraqları yoxdur. Hər şeyə müxalifətdədilər. Bütün məsələlərə radikal müxalifət partiyalarının baxış bucaqlarından yanaşırlar. Bunlara dur deməyin vaxtıdır".

Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının qərəzli hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara göndərmələrinin qarşısını almaq üçün dövlət özü alternativ hüquq müdafiə təşkilatları yaratmalıdır: "Nə üçün beynəlxalq təşkilatlar yalnız bəlli hüquq müdafiəçiləri ilə əlaqə saxlayırlar. Azərbaycana gələndə yalnız onlarla görüşürlər. Sanki onlardan başqa hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı yoxdur. Dövlət milyonlarla manat pul ayırır, QHT-ləri maliyyələşdirir. Hanı nəticə? Bu barədə ciddi düşünülməlidir".

C.Nuriyevin sözlərinə görə, beynəlxalq təşkilatları alternativ hesabatlar göndərilməlidir: "Məsələn, Avropa Şurasına Dəstək Fondundan qrant alan qeyri-hökumət təşkilatlarına da ölkədəki vəziyyətlə bağlı hesabat hazırlayıb göndərə bilərlər. Belə hesabatlar olur. Amma onlar o qədər qeyri-peşəkar hazırlanılır ki, qəbul edilmir. Hər şeyi ağ rəngdə göstərmək də düzgün deyil. Real vəziyyət necədirsə, onu da açıb göstərmək lazımdır".

Ekspert beynəlxalq təşkilatları da qınadı: "Beynəlxalq təşkilatlar ədalətli fəaliyyət göstərirsə yalnız bir mənbədən məlumat almamalıdılar. Məlumatlar hər tərəfli yoxlanılmalı və sonra hesabata salınmalıdır. Əks-təqdirdə Səməd müəllimin dediyi kimi onların reytinqi aşağı düşəcək, nüfuzları azalacaq".



R.Qaçayoğlu

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs