Əlaqə Arxiv
news Image
2020.01.14
09:56
| A A A
Pakistan qəzetlərində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib

Pakistanda nəşr edilən “National Herald Tribune” və “Election Times” qəzetlərində Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, şərhçi Mehmood ul-Hassan Khanın Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC–ın müxbirinə verilən məlumata görə, məqalədə Azərbaycan Respublikasının seçkiləri azad və ədalətli şəkildə keçirmək üçün güclü siyasi iradəyə malik və parlament seçkiləri ilə əlaqədar bütün beynəlxalq monitorinq qurumları ilə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd edilib. Regionda, eləcə də bütün İslam dünyasında dünyəvi dövlət nümunəsi olan Azərbaycanda həqiqi demokratik seçkilərin ilkin şərti olan fundamental hüquq və azadlığı məhdudlaşdıran hər hansı bir siyasi mühitin olmadığı vurğulanıb.

Ekspert Azərbaycanın çoxpartiyalı siyasi sistemə malik bir ölkə kimi hər bir partiyaya öz namizədini təqdim edərək bərabərhüquqlu şəkildə seçkilərə qatılmaq hüququ verdiyini diqqətə çatdırıb və Azərbaycanın regionda ən böyük siyasi partiyalara sahib ölkə olduğunu bildirib.

Məqalənin sonunda müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəetmə sistemini təkmilləşdirmək məqsədilə ciddi kadr islahatları apardığını qeyd edib. O, bu islahatların nəticəsi kimi gənc nəslin bacarıqlı nümayəndələrinin ölkədə yüksək postlara təyinat aldığını diqqətə çatdıraraq, qarşıdan gələn parlament seçkilərində gənclərin fəal iştirak edəcəyini də vurğulayıb.

Sizin Reklam Yeriniz