news Image
2012.05.10
13:37
| A A A
Obama Putini təbrik etdi

Mövqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama Rusiya Pezidenti Vladimir Putini 7 Mayda baş tutan andiçmə mərasimindən sonra Kremldə rəsmi olaraq vəzifəsinə başlaması münasibətilə təbrik edib. Kremildən verilən açıqlamaya görə hər iki lider İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində əldə etdikləri qələbə münasibətilə də bir-birilərini təbrikləyib. Onlar müharibə əsnasında iki ölkə arasındakı əməkdaşlığı da yüksək qiymətləndirib. Putinin 17-18 may tarixlərində "G-8" in ( Böyük səkkizlik) zirvə görşünə qatılmaq üçün ABŞ-a getməsi güman edilir. İlk səfərini Amerikaya edəcək Putinin gündəmində Suriya böhranı da daxil olmaqla Yaxın Şərq məsələləri, raketdən müdafiə və digər problemlər var.

Xatırladaq ki, Putin mayın 7-də Xarici İşlər Nazirliyinə göndərdiyi təlimatında Vaşinqtonla iqtisadi əlaqələrin inkişaf etdirilməsini istəmişdi.


Əfqanə Məzahirqızı

Mövqe.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs