news Image
2020.01.17
11:17
| A A A
Elmar Məmmədyarov: 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

E.Məmmədyarov bildirib ki, 20 Yanvar faciəsinin baş verməsinin müxtəlif səbəbləri var idi. Bu faciə ilə yanaşı, azərbaycanlılar azərbaycanlı olduqlarına görə Ermənistandan kütləvi şəkildə qovuldular.

Nazir vurğulayıb ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Guya sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan bildirmişdi ki, onların əsas məqsədi sovet idarəçiliyi qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar eyni zamanda bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər”.

XİN rəhbəri əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyini sona çatmasına səbəb oldu.

Xarici İşlər naziri Sumqayıt hadisələrinin baş verməsi səbəblərinə toxunub. Qeyd edib ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Sumqayıt hadisələri zamanı Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 nəfəri qətlə yetirmişdi”.