Əlaqə Arxiv
news Image
2020.01.17
15:59
| A A A
Xaricdəki Azərbaycan evlərinin sayı artır

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir. Artıq 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb.

Mövqe.az-ın məlumatına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu günlərdə yerli KİV-ə müsahibəsində Azərbaycan evləri barədə ətraflı xəbər verib və bildirib ki, həmin evlər Azərbaycanın bir parçasıdır.

Komitə sədri belə evlərin açılmasının üstünlüklərindən və onların funksiyalarından danışıb. O bildirib ki, həmin evlər xaricdə yaşayan azərbaycanlıların görüş yeridir. Onlar burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilərlər.

Azərbaycan icmasının hər bir üzvü burada asudə vaxtını səmərəli keçirə bilər. Komitə Azərbaycan evlərini hər cür lazımı vəsaitlə təmin edir.

Fuad Muradov əlavə edib ki, yaxın zamanlarda daha 8 ölkədə Azərbaycan evlərinin yaradılması nəzərdə tutulub. Evlərin Almaniya, İtaliya, Polşa, ABŞ, Türkiyə, Estoniya və bir sıra başqa ölkələrdə açılması planlaşdırılır.

Komitə sədri Azərbaycan evlərində həftəsonu Azərbaycan məktəblərinin də yerləşdiyini diqqətə çatdırıb.

Sizin Reklam Yeriniz