Əlaqə Arxiv
news Image
2020.01.18
10:43
| A A A
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək

NATO baş katibinin müavini, səfir Mirça Coane yanvarın 20-də NATO-nun mənzil qərargahında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək.

Mövqe.az bu barədə NATO-nun saytına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlığın vacib mərhələsi 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb.

Azərbaycan ümumi maraq kəsb edən bir çox məsələlər üzrə “Sülh naminə tərəfdaşlıq” prinsipləri əsasında NATO ilə siyasi dialoq aparır. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoq çərçivəsində tərəflər regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Əfqanıstanda sabitliyin təmin olunmasına töhfə, təhlükəsizlik sahəsində yaranan problemlər, tərəfdaşlıq kimi məsələləri müzakirə edir.

Sizin Reklam Yeriniz