news Image
2020.01.19
18:21
| A A A
MSK DSK-nın qərarını ləğv edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.

Mövqe.az xəbər verir ki, bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, R.Həsənovun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

İ.Şahbazovun sözlərinə görə, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və R.Həsənovun deputatlığa namizədliyi qeydə alınıb.